Agentin həyata keçirdiyi əməliyyatlar üzrə ƏDV hesablanır?

Agentin həyata keçirdiyi əməliyyatlar üzrə ƏDV hesablanır?

Satışı davam edən “Vergi uçotu: A-dan Z-yə” (V nəşr) kitabından seçmə

Həm komisyon, həm də agent qaydasında aparılan əməliyyatlar üzrə ƏDV-nin hesablanması Vergi Məcəlləsininin 172-ci maddəsinə əsasən tənzimlənir. Maddədə diqqət yetiriləsi məqamlar aşağıdakılardır:

- Digər şəxs agent vasitəsilə malları təqdim etdikdə, işlər gördükdə və ya xidmətlər göstərdikdə, həmin malların (işlərin, xidmətlərin) dəyəri vergi tutulan əməliyyatların dəyəri və vergitutma bazası hesab edilir.

Mİsal. “A” MMC 10 000 manatlıq malları agent qaydada “S” MMC vasitəsilə təqdim edirsə, bu zaman həmin əməliyyatlar ƏDV-yə cəlb edilir.

- Agent tərəfindən göstərilən xidmətlərə görə ona ödənilən haqlar (mükafatlar) agentin vergi tutulan əməliyyatlarına daxil edilməklə yanaşı, digər şəxsin gəlirdən çıxılan xərclərinə aid edilir.

Mİsal 2. Həmin 10 000 manatlıq satışa görə 15 faiz haqq ödənilməlidir. Bu zaman 1 500 manat (10 000 manat x 15 faiz) “A” MMC-nin gəlirindən çıxılan xərcinə aid edilir. Həmçinin, “S” MMC ƏDV ödəyicisi olduğu halda 1 500 manatlıq haqq üçün elektron qaimə-faktura təqdim etməlidir. “A” MMC həmin xidmət haqqına hesablanan ƏDV məbləğini - 324 manatı (1 800 manat x 18 faiz) qaydalara uyğun ödədiyi halda əvəzləşdirə bilər.

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Xəbərlər