Maraqlıdır ki, vergi ödəyicisi valyuta hesabındakı vəsaiti konvertasiya etmədikdə, bank hansı fəaliyyətlər həyata keçirməlidir?
Satışı davam edən “Vergi Məcəlləsi. Ümumi hissənin izahı” kitabından seçmə
Vergi Məcəlləsinin 65.7-1-ci maddəsinə əsasən, vergi ödəyicisi tərəfindən onun bank hesabında xarici valyutada olan pul vəsaiti hesaba vergi orqanının sərəncamı daxil olduğu gündən 10 bank günü ərzində konvertasiya edilmədikdə, növbəti iş günü ərzində Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnə ilə xarici valyutada olan dondurulmuş pul vəsaiti bank tərəfindən konvertasiya edilməklə sərəncam icra edilir. Bankın xarici valyutanın konvertasiya edilməsinə kifayət edəcək məbləğdə milli valyutası olmadıqda konvertasiya əməliyyatı mövcud olan milli valyutaya uyğun həyata keçirilməklə sərəncam icra edilir və hər dəfə bankın hesabına milli valyuta daxil olduqca icra edilir.
Maddədən göründüyü kimi, bank vergi ödəyicisinə 10 bank günü vaxt verməlidir ki, konvertasiyanı həyata keçirsin. Əks halda, bank 10 bank günü başa çatdıqdan sonra növbəti iş günü ərzində xarici valyutada olan dondurulmuş pul vəsaitini konvertasiya edir.
Mİsal. Vergi orqanının 1 dekabr 2020-ci il tarixdə vergi ödəyicisinin valyuta hesabına 450 manatlıq sərəncam göndərməsinə baxmayaraq, vergi ödəyicisi 277,94 ABŞ dollarındakı (450 manat x 105 faiz) / 1,7 (məzənnə)) məbləğ üzrə konvertasiya prosesini həyata keçirmir. Vergi ödəyicisi 10 bank günü ərzində valyutanı konvertasiya etmədikdə bank özü həmin 277,94 dolları konvertasiya edərək 450 manatlıq sərəncamı icra edir.
Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ
1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat (Satışına start verilib)
2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
5) Vergi Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
6) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.
Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.
Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]
0 Komment
Şərh yazın