Şəxsi vərəqədə “təsdiqlənməmiş azalma” niyə baş verir?

Şəxsi vərəqədə “təsdiqlənməmiş azalma” niyə baş verir?

Satışı davam edən “Vergi Məcəlləsi. Ümumi hissənin izahı” kitabından seçmə

Təcrübədə ən çox rast gəlinən hal vergi orqanının əlavə vergi hesablaması ilə bağlı şikayəti baxılan dövrdə vergi ödəyicisinin dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim etməklə vergi borcunun azadılmasına nail olmaqdır. Bu halda vergi orqanı həmin məbləğin azaldılmasını şəxsi vərəqədə qeyd etməyərək “təsdiqlənməmiş azalma” hissəsində qeyd edir.

MİSal 3.  Vergi ödəyicisi təqdim etdiyi bəyannaməyə əsasən, vergi borcunu 120 manat olaraq bəyan edib. Vergi orqanı kameral vergi yoxlaması zamanı vergi ödəyicisinə 60 manat əlavə vergi hesablayıb. Vergi ödəyicisi əlavə vergidən şikayət etməsinə baxmayaraq, vergi orqanı 60 manatın şəxsi hesab vərəqəsinə işlənilməsini təmin edib.

Təbii ki, əlavə vergi borcunun şəxsi hesab vərəqəsinə işlənilməsi zamanı borc yarandığı üçün vergi ödəyicisinə əlavə olaraq Vergi Məcəlləsinin 59.1-ci maddəsinə uyğun faiz hesablanır. Vergi ödəyicisi hesablanan əlavə vergi məbləğinin azaldılması məqsədilə dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim etməklə vergi borcunun 180 manat (120 manat (bəyannamə üzrə) + 60 manat (kameral vergi yoxlamasi) yox, 120 manat olduğunu qeyd edir. Bu halda vergi orqanı 60 manatlıq azaldılmanı şəxsi hesab vərəqəsinə yox, “təsdiqlənməmiş azalma” kimi qeyd etdiyindən vergi ödəyicisinin borcu qalmaqda davam edir.

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Xəbərlər