Müəssisə işçinin kirayə haqqını ödəsə, onu gəlirdən çıxılan xərclərə aid edə bilər?

Müəssisə işçinin kirayə haqqını ödəsə, onu gəlirdən çıxılan xərclərə aid edə bilər?

Satışı davam edən “Vergi uçotu: A-dan Z-yə” (V nəşr) kitabından seçmə

Bu məsələ ilə bağlı 2 hal mümkündür:

  1. Təşkilat işçinin kirayə haqqını onun özünə verir;
  2. Təşkilat kirayə haqqını icarəyəverənə ödəyir.

Birinci variantda, təşkilat kirayə haqqı üçün ödədiyi vəsaiti birbaşa işçinin özünə verdikdə və ya onun bank hesabına köçürdükdə, bu məbləğ işçinin muzdlu işlə əlaqədar gəlirinə daxil edilərək ümumi qaydada işəgötürən tərəfindən ödəmə mənbəyində gəlir vergisinə cəlb olunur.

İkinci varianta gəlincə isə, Vergi Məcəlləsinin 109.3-cü maddəsinə əsasən, işçilərin mənzil və digər sosial xarakterli xərclərinin gəlirdən çıxılmasına yol verilmir. Amma vergi ödəyicisi tərəfindən xalis mənfəət hesabına işçilərin sosial xarakterli xərclərinin, o cümlədən də mənzil xərclərinin həmin mal, iş və xidməti təqdim edən şəxslərə birbaşa nağdsız qaydada ödənilməsi, gəlir vergisi üzrə vergitutma obyekti yaratmır.

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Xəbərlər