8 faiz dərəcə ilə sadələşdirilmiş vergi ödəyənlər kimlərdir?

8 faiz dərəcə ilə sadələşdirilmiş vergi ödəyənlər kimlərdir?

Satışı davam edən “Vergi uçotu: A-dan Z-yə” (V nəşr) kitabından seçmə

1 yanvar 2019-cu il tarixə kimi ticarət fəaliyyəti ilə məşğul olan şəxslər 12 aylıq dövriyyələri 200 000 manatı keçdiyi halda ƏDV ödəyicisi olmadan dövriyyələrindən 6 faiz sadələşdirilmiş vergi ödəmək huququna malik idilər. Qeyd edilən tarixdən sonra  vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan şəxslər sadələşdirilmiş vergi ödəyicisi ola bilməzlər. Topdansatış fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ tam məhdudlaşdırılıb.

Bu səbəbdən 220-1-ci maddədə ticarətlə bağlı fəaliyyətlər çıxarılıb, yalnız ictimai iaşə fəaliyyətinin 8 faizlə sadələşdirilmiş vergiyə cəlbi qeyd olunub.

Mİsal 1.  “Canlı məkan” restoranının ardıcıl 12 aylıq dövriyyəsinin 200 000 manatdan çox olmasına baxmayaraq, o, sadələşdirilmiş vergi ödəyicisi hüququndan istifadə edir. Cari ayda fəaliyyəti 50 000 manat olduğundan və dövriyyəsi qeyd etdiyimiz həddə çatdığından artıq, o, 1000 manat (50 000 manat x 2 faiz) yox, 4 000 manat (50 000 manat x 8 faiz) sadələşdirilmiş vergi ödəyəcək.

Mİsal 1. İctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicisinin ardıcıl 12 aylıq dövriyyəsinin 200 000 manatdan çox olmasına baxmayaraq,  o sadələşdirilmiş vergi ödəyicisi kimi qalmaq hüququndan istifadə etməyib. Bu zaman vergi orqanı  Vergi Məcəlləsinin 58.4-cü maddəsinə əsasən, bu Məcəllənin 155-ci maddəsinə müvafiq olaraq vergi ödəyicisi tərəfindən ƏDV üzrə qeydiyyat məcburi olduğu halda, qeydiyyat olmadan fəaliyyət göstərilməsinə görə vergi ödəyicisinə ƏDV üzrə qeydiyyat olmadan fəaliyyət göstərdiyi bütün dövr ərzində büdcəyə ödənilməli olan ƏDV məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edəcək. O səbəbdən, həmkarlarımız qeyd edilən dövriyyəni diqqətdə saxlamalı və vaxtında vergi orqanına sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnun saxlanılması barədə ilə müraciət etməlidirlər.

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər