İcarə haqqını nağd ödəmək mümkündür?

İcarə haqqını nağd ödəmək mümkündür?

Satışı davam edən “Vergi uçotu: A-dan Z-yə” (V nəşr) kitabından seçmə

“Nağdsız hesablaşmalar haqqında” Qanunda icarə haqqının mütləq olaraq nağdsız qaydada ödənilməsi ilə bağlı hər hansı tələb yoxdur.

Amma Qanunun 3.3-cü maddəsində qeyd edilir ki, ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği otuz min manatdan, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği on beş min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir.

Deməli, icarə haqqı daxil olmaqla nağdsız qaydada həyata keçirilən əməliyyatların cəmi məbləği (qanunun 3.5-ci maddəsi nəzərə alınmır) müvafiq olaraq 30 000 manat və 15 000 manatdan çox olmamalıdır. 

Bir daha vurğulayırıq ki, Vergi Məcəlləsinin 58.7-1-ci maddəsində nəzərdə tutulan maliyyə sanksiyası limitdən artıq nağd formada məxaric edən vergi ödəyicisinə tətbiq edilir, yəni icarəyəverən şəxs limitdən artıq ödənişi qəbul etdiyinə görə ona maliyyə sankiyası tətbiq olunmur.

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər