Komissiya müqaviləsi üzrə Mülki Məcəllənin tələbləri hansılardır?

Komissiya müqaviləsi üzrə Mülki Məcəllənin tələbləri hansılardır?

Satışı davam edən “Vergi uçotu: A-dan Z-yə” (V nəşr) kitabından seçmə

Mülki Məcəllənin 808-ci maddəsinə əsasən, komissiya müqaviləsinə görə bir tərəf (komisyonçu) digər tərəfin (komitentin) tapşırığı ilə muzd müqabilində öz adından, lakin komitentin hesabına bir və ya bir neçə əqd bağlamağı öhdəsinə götürür. Məcəllədən göründüyü kimi, komissiya müqaviləsi üzrə satdığı mallara görə haqq alan tərəf - komisyonçu, malların sahibi olan və satışa görə mükafat verən tərəf isə komitent adlandırılır.

Mülki Məcəllənin 810-cu maddəsinin tələbləri də qiymətin formalaşması baxımından önəmlidir:

- Komisyonçu komitentin göstərişlərinə əməl etməli, o cümlədən qiymətlərin limitini gözləməlidir;

- Komitent öz zərərinə olan kənarçıxmalarla bağlanan əqddən imtina edə bilər, amma komisyonçunun zərər üçün kompensasiya təklif etdiyi hallar istisna təşkil edir;

- Komisyonçunun daha sərfəli şərtlərlə bağladığı əqddən bütün fayda komitentə çatır.

Təcrübədə komisyonçunun malı komitentlə razılaşdığı qiymətdən daha yüksək qiymətə satması və bunu gəlir kimi qiymətləndirməsi halına çox rast gəlinir.

Mİsal. “A” MMC “Dadlı su” şirkəti ilə komissiya müqaviləsi imzalayıb, 5 litrlik qablarda su satışını həyata keçirir. “Dadlı su” şirkəti müqavilə şərtlərinə əsasən, su satışından 10 faiz komissiya haqqını “A” MMC-yə ödəyəcək. Həmçinin, komitentin təqdim etdiyi qiymət cədvəlinə əsasən, suyun 5 litrinin qiyməti 2 manatdır. Amma “A” MMC öz mağazasında həmin suyun 2 manata yox, 3 manata satışını həyata keçirir. Bu zaman satışdan yaranan fərqi (1 manatı) öz gəliri kimi qiymətləndirir və komitentə hər hansı məlumat vermir. Artıq bu hal komissiya müqaviləsinin pozulması hesab oluna bilər və vergi orqanı vergi hesablamaq üçün komissiya müqaviləsi üzrə komissiya haqqını yox, tam dövriyyəni əsas götürə bilər.

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər