Mənfəət (gəlir) vergisinin müəyyən edilməsinin alternativ üsulu hansıdır? (2 MİSALLA İZAH)
Satışı davam edən “Vergi uçotu: A-dan Z-yə” kitabından seçmə
Vergi Məcəlləsinin 67.14.-cü maddəsinə əsasən, Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır.
Azərbaycan Respublikasının Nazirlər Kabineti 1 mart 2011-ci tarixli, 55 saylı qərarı ilə “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması” Qaydalarını təsdiq edib.
Mİsal. Vergi orqanının keçirdiyi səyyar vergi yoxlaması zamanı 2019-cu ildə vergi ödəyicisinin gəlirlərinin 60 000 manat olması müəyyən edilib. Vergi ödəyicisi xərcləri haqqında sənədləri vergi orqanına təqdim etməkdən imtina edir. Ola bilsin ki, vergi ödəyicisi xərclərin uçotunu aparmayıb.
Bu halda vergi orqanı Nazirlər Kabinetinin 55 saylı qərarına əsasən mənfəəti aşağıdakı düsturla hesablayır:
M1 = G1 : ( 100 + R) x R
və ya
M1 = G1 : (100 + R) x R= G1 x (20 %/120%)= G1/6
Vergi ödəyicisinin mənfəəti şərti üsulla müəyyən edilərkən şərti rentabellik norması (R) 20 faiz səviyyəsində götürülür.
20 faiz, 120 faizin 1/6-ni təşkil etdiyindən düstura əsasən, xərclər olmadığı halda gəlirin 1/6-i qədər mənfəət hesablanır.
Bizim misalda dövriyyə 60 000 manat olduğu halda mənfəət 10 000 manat (60 000 manat / 6) təşkil edəcək.
Mənfəət vergisinin dərəcəsinin 20 faiz olmasını nəzərə alaraq, vergi ödəyicisinin mənfəət vergisi 2000 manat müəyyən edilir.
İkinci hal isə vergi ödəyicisinin xərcləri əsasında mənfəət vergisinin müəyyən edilməsidir. Qərarın 6.1.2-ci maddəsinə əsasən, vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar xərcləri əsasında mənfəətin hesablanması düsturu aşağıdakı kimidir.
M1 = X1 : 100 x R
Və ya
M1 = X1 : (100 % x 20%)= X1 x (20 % / 100 %)= X1 x 1/5
Vergi ödəyicisinin mənfəəti şərti üsulla müəyyən edilərkən şərti rentabellik norması (R) 20 faiz səviyyəsində götürülür.
20 faiz, 100 faizin 1\5-ni təşkil etdiyindən, düstura uyğun olaraq xərclərin 1/5-i və ya 20 faiz qədər mənfəət hesablanır.
Mİsal. Vergi orqanı vergi ödəyicisinin təqdim etdiyi sənədlər əsasında 2019-cu ildə onun xərclərinin 80 000 manat olduğunu müəyyən edib. Vergi orqanı mənfəəti çəkilmiş xərclər əsasında şərti üsulla hesablayarkən çəkilmiş xərclərə Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq mənfəətin hesablanması məqsədləri üçün gəlirdən çıxılan xərcləri aid etməlidir.
Bu zaman vergi orqanı müəyyən edir ki, ümumi xərclər 80 000 manat olsa da, sənədlərlə təsdiq edilən və gəlirdən çıxılmayan xərc 60 000 manatdır. Nazirlər Kabinetinin 55 saylı qərarına əsasən, vergi ödəyicisində mənfəət məbləği xərcin 1/5-i qədər, 12 000 manat müəyyən ediləcək.
Son hesablama olaraq mənfəət vergisinin dərəcəsi 2400 manat (12 000 manat x 20 faiz) təşkil edəcək.
Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ
1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat (Satışına start verilib)
2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
5) Vergi Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
6) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.
Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.
Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]
2 Komment
Rəşad 21 Avqust 2021
Salam.Satışda olan nəşrləri necə əldə etmək olar.Hansı ünvanda.Sağ olun
mikayl 25 Avqust 2021
2011-ci tarixli, qerar yokdur.... Nazirlər Kabinetinin. 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarı ilə......ve birde Bakı şəhəri, 29 dekabr 2010-cu il “Vergi ödəyicisinin mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin hesablanması Qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarına əlavələr və dəyişiklik edilməsi barədə bu qanun umumiyetla mena catmadi,,bela cixir .menim 60000 dovriyem olsa ama xercim olmasa ondan 2000 azn vergi odeyirem,..ama 60000 xercim olsa onda 2400 azn vergi odeyirem..
Şərh yazın