Hansı halda xidmət fəaliyyəti göstərən şəxs nəzarət kassa aparatı da tətbiq etməlidir?

Hansı halda xidmət fəaliyyəti göstərən şəxs nəzarət kassa aparatı da tətbiq etməlidir?

Satışı davam edən “Vergi Məcəlləsi. Ümumi hissənin izahı” kitabından seçmə

Maddədə əsas məqsəd pərakəndə ticarət və (və ya) ictimai iaşə fəaliyyəti üzrə nağd pul hesablaşmalarını nəzarət-kassa aparatı vasitəsilə həyata keçirənlərin əhatə dairəsini müəyyən etməkdir. Yuxarıdakı siyahıda qeyd olunanlar vergi qanunvericiliyinə əsasən nəzarət-kassa aparatı tələb olunmayan fəaliyyət növləridir. Misal üçün, kənd təsərrüfatı məhsullarının bazarlarda, yarmarkalarda və səyyar qaydada satışı üçün nəzarət-kassa aparatının tətbiqi məcburi deyil. Amma öz obyektində kənd təsərrüfatı məhsulları satan vergi ödəyicisi nağd hesablaşmaları nəzarət-kassa aparatı vasitəsilə həyata keçirməlidir.

Təcrübədə rast gəlinir ki, bəzi bərbər və dərzi fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri nağd hesablaşmaları nəzarət-kassa aparatı ilə həyata keçirirlər. Qeyd edək ki, qanunvericilikdə xidmət sektorunda fəaliyyət göstərənlərin nəzarət –kassa aparatından istifadəsinin məcburiliyi nəzərdə tutulmayıb. Nəzarət kassa aparatlarından istifadə pərakəndə ticarət və ictimai iaşə müəssisələri üçün nəzərdə tutulduğu üçün xidmət sektoru üçün belə incə məqamlara diqqət yetirmək lazımdır.

Mİsal 1. Xidmət sektorunda fəaliyyət göstərən vergi ödəyicisi maşınların təmiri xidmətini göstərir. Vergi ödəyicisi xidmət göstərdiyi müştərilərə təklif edir ki, əlavə ödəniş etməkə maşın yağlarından istifadə edə bilərlər. Bu halda vergi ödəyicisi xidmətə əlavə olaraq maşın yağının satışını həyata keçirsə də, həmin əməliyyat xidmətin tərkibində olduğu üçün pərakəndə satış fəaliyyəti hesab edilmir.

Mİsal 2. Konsaltinq xidməti göstərən vergi ödəyicisi əlavə olaraq mühasibatlıq və hüquq sahəsində kitabların satışını həyata keçirir. Vergi ödəyicisinin kitab satışı pərakəndə ticarət fəaliyyəti olduğu üçün nəzarət kassa-aparatından istifadə etmək onun vəzifəsidir.

 

2021-ci ilin iyul ayında satışda olan kitablar:

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər