Malların qaytarılması halında hansı elektron qaimə-fakturadan istifadə olunur?

Malların qaytarılması halında hansı elektron qaimə-fakturadan istifadə olunur?

Satışı davam edən “Vergi uçotu: A-dan Z-yə” (V nəşr) kitabından seçmə

Elektron qaimə-faktura ilə bağlı ən maraqlı hallardan biri də malların qaytarılmasıdır. 2018 və 2019-cu illərdə bir növ elektron qaimə-faktura olduğu üçün vergi ödəyicisi malların geri qaytarılması halında ya göndərilən elektron qaimə-faktura üzərində dəyişiklik edir, ya da köhnəni ləğv edib, yenisini göndərirdi. 1 yanvar 2020-ci il tarixdən malların qaytarılması zamanı  “Malların qaytarılması barədə” elektron qaimə-fakturadan istifadə edilməlidir.

Mİsal. Qarşıqlı razılaşma əsasında vergi ödəyicisi hər hansı səbəbdən (istifadə müddətinin bitməsi, malların satışının zəif olması, razılaşmaya uyğun olaraq malları təqdim edən şəxsin onu geri istəməsi və s.) 15 000 manatlıq malı qarşı tərəfə - vergi ödəyicisinə geri qaytarır. Bu zaman malları qaytaran şəxs malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə olan formadan yox, malların qaytarılması barədə elektron qaimə-fakturadan istifadə etməlidir.

Həmkarlarımız üçün aydın olması üçün bir məsələni öncədən qeyd edək ki, malların qaytarılması barədə elektron qaimə-fakturadan sırf alqı-satqı müqavilələri üzrə təqdim edilən malların qaytarılması zamanı istifadə olunur. Bu halda proqram təminatından “Malların geri qaytarılması” elektron qaimə-fakturası üzrə “Malların təqdim edilməsi qaiməsinin qaytarılması” növünü seçmək lazımdır.

 

2021-ci ilin iyul ayında satışda olan kitablar:

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Xəbərlər