Torpaq, yaşayış və qeyri-yaşayış sahələrinin təqdim olunması zamanı ödəmə mənbəyində verginin hesablanmasında GÜZƏŞTLƏR
Satışı davam edən “Vergi uçotu: A-dan Z-yə” (V nəşr) kitabından seçmə
Notariuslar da bəzi müqavilələri təsdiq edərkən ödəmə mənbəyində vergi tutmağa borcludur. Bu müqavilələrə aşağıdakılar aid edilmir:
- Fiziki şəxsin azı 3 (üç) il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi
Misal. Murad Əliyev 2010-cu ildən qeydiyyatda olduğu evini 2020-ci ildə satırsa, o zaman ödəmə mənbəyində vergiyə cəlb olunmur. Amma 2018-ci il tarixdən qeydiyyatda olduğu torpaq sahəsinin satışını həyata keçirirsə, müqavilənin təsdiqi zamanı notarius ödəmə mənbəyində vergi tutmalıdır.
Qeyd edək ki, 1 yanvar 2020-ci il tarixdən Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, fiziki şəxsin güzəşt tətbiq edilən qeydiyyatda olma müddəti 5 ildən 3 ilə endirilib.
- Miras ailə üzvlərinin adına rəsmiləşdiriləndə
Ailə üzvləri dedikdə, ər-arvad, valideynlər, övladlar, övladlığa götürmüş və övladlığa götürülmüş şəxslər, babalar, nənələr və nəvələr, vərəsələr, doğma (ögey) bacılar (qardaşlar), bacı və qardaş övladları, ər-arvadların bacıları, qardaşları və valideynləri, bacıların ərləri və qardaşların arvadları, valideynlərin bacıları (qardaşları), qəyyumlar və qəyyumluğa götürülənlər, onların arasındakı ev təsərrüfatı birliyi nəticəsində biri o biri ilə valideyn və övlad kimi bağlı olduqda başa düşülür.
Bir məsələni də qeyd edək ki, 1 yanvar 2019-cu il tarixdən edilən dəyişiklik nəticəsində övladlığa götürmüş şəxslər, babalar, nənələr və nəvələr də vergi ödəyicisinin ailə üzvü hesab edilib.
- “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, fiziki şəxslərə ödənilən kompensasiya xarakterli ödənişlər zamanı
Misal. Azərbaycan Respublikası Qanununa uyğun olaraq, “Sovetski” ərazisində yaşayan Əmirov Balaəhmədin torpağının alqı-satqısı zamanı ödəmə mənbəyində vergi tutulmur.
- Torpaq, yaşayış və ya qeyri-yaşayış sahələri ər və arvad arasında və ya keçmiş ər-arvad arasında boşanma prosesində verildikdə
Misal. Fatimə Əliyeva ərindən boşanan zaman əmlak əldə edirsə, bu zaman notarius ödəmə mənbəyində vergi hesablamır.
2021-ci ilin iyul ayında satışda olan kitablar:
1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat (Satışına start verilib)
2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
5) Vergi Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
6) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.
Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.
Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]
0 Komment
Şərh yazın