Malların təqdim olunması prosesində rəsmiləşdirmə necə aparılır?

Malların təqdim olunması prosesində rəsmiləşdirmə necə aparılır?

Satışı davam edən “Vergi uçotu: A-dan Z-yə” (V nəşr) kitabından seçmə

Malların satışı ilə bağlı bir məsələni diqqətinizə çatdıraq ki, topdansatış ticarət fəaliyyəti üzrə mallar vergi ödəyicisi olmayan şəxslərə təqdim olun­mur. Çünki topdansatış fəaliyyətində malların təqdim olunması son istehlak məqsədi ilə yox, sahibkarlıq fəaliyyətində istifadə üçün həyata keçirilir.

Topdansatış fəaliyyəti göstərənlər tərəfindən malların qeyri-sahibkarlıq məqsədi üçün təqdim olunmasının uçotu ayrıca aparılmalıdır.

Mallar vergi ödəyicisi olan şəxslərə təqdim olunduqda - əvvəlcədən sifariş edilməyən malların satışı həyata keçirdikdə - həmin mallar digər vergi ödəyicisinə “Malların təhvil-qəbul aktı” ilə təqdim edilir və həmin mallar təqdim olunduğu vaxtdan 5 gün müddətində “Elektron qaimə-faktura” göndərilməlidir.

Vergi ödəyicisi olub, elektron kabineti olmayan alıcıya mallar təqdim edildikdə “Elektron qaimə-faktura” ştrix-kod əks olunmaqla çap edilir və mal (iş, xidmət) hüquqi şəxs olan vergi ödəyicisinin imza və möhürü ilə, fiziki şəxs olan vergi ödəyicisinin isə imzası ilə (möhür olduqda möhürlə) təsdiqlənməklə verilir.

Digər vergi ödəyicilərinə malların göndərilməsi zamanı elektron qaimə-fakturanın təqdim edilməsi nəzərdə tutulub. Bir məsələni də qeyd edək ki, 1 yanvar 2020-ci il tarixdən qaydalara edilən dəyişikliyə əsasən, vergi ödəyiciləri tərəfindən mallar təqdim edilərkən malların təhvil verilməsi üçün maddi-məsul şəxslərin imzası ilə elektron qaimə-fakturanın çap edilmiş forması ilkin uçot sənədi kimi tərtib edilə bilər.

 

2021-ci ilin iyul ayında satışda olan kitablar:

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər