Bankın sərəncamla bağlı vergi ödəyicisini məlumatlandırması mütləq tələbdir?

Bankın sərəncamla bağlı vergi ödəyicisini məlumatlandırması mütləq tələbdir?

Satışı davam edən “Vergi Məcəlləsi. Ümumi hissənin izahı” kitabından seçmə

Bank tərəfindən vəsaitin silinməsi və ya dondurulması məsələsinə gəlincə isə, Vergi Məcəlləsinin 65.3-cü maddəsinə əsasən, vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında vəsait olduqda vergi orqanının sərəncamı bank və ya digər kredit təşkilatı tərəfindən həmin sərancamın daxil olduğu gün icra edilir.
Maddədən göründüyü kimi sərəncamın hansı tarixdə gəlməsindən asılı olmayaraq, daxil olduğu gün icra edilməlidir. Misal üçün, vergi orqanı tərəfindən sərəncam 15 dekabr 2020-ci il tarixdə göndərilibsə və vergi ödəyicisinin manat hesabında vəsait varsa, bank vergi ödəyicisinin ödəniş tapşırığına ehtiyac olmadan ödənişi icra edir.
Bankın sərəncamla bağlı vergi ödəyicisini məlumatlandırmasına gəlincə isə, əksər hallarda kredit təşkilatı qarşı tərəfə sərəncam haqqında informasiya verir. Amma vergi ödəyicisinə məlumatın verilməməsi icra prosesinə təsir etmir.
Bank vergi ödəyicisinə icra sərəncamı gəldikdən sonra onun təqdim etdiyi ödəniş tapşırıqlarını Mülki Məcəllənin 965-ci maddəsindəki növbəliliyi nəzərə almaqla icra etməlidir. Mülki Məcəllənin 965-ci maddəsi ilə bağlı kitabın növbəti səhifələrində geniş məlumat təqdim edildiyindən təkrarçılığa yol vermirik.

 

2021-ci ilin iyul ayında satışda olan kitablar:

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər