Vergi ödəyicisi əsas vəsaiti silərsə, qalıq məbləğə ƏDV hesablanır?

Vergi ödəyicisi əsas vəsaiti silərsə, qalıq məbləğə ƏDV hesablanır?

Satışı davam edən “Vergi uçotu: A-dan Z-yə” (V nəşr) kitabından seçmə

Əsas vəsaitlərin silinməsi və oğurlanması zamanı əsas vəsaitin silinməsi ƏDV baxımından vergi tutulan əməliyyat hesab olunur. Belə ki, Vergi Məcəlləsinin 159.5-ci maddəsinə əsasən, vergi ödəyicisi malları (işləri, xidmətləri) ƏDV-ni ödəməklə əldə edirsə və müvafiq əvəzləşdirmə alırsa və ya almaq hüququna malikdirsə, belə mallardan (işlərdən, xidmətlərdən) qeyri-kommersiya məqsədləri üçün istifadə edilməsi, fövqəladə hallardan başqa, malların itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması vergi tutulan əməliyyat sayılır.

ƏDV ödəyicisi əsas vəsaitin alınması zamanı ƏDV ödəyirsə, həmin əsas vəsaitin silinməsi zamanı qalıq məbləğə ƏDV hesablamalıdır. 

Mİsal 1. “A” MMC 2019-cu il tarixdə 2 000 manat məbləğində kompüter aldığı zaman  360 manat (2 000 manat x 18 faiz) ƏDV ödəyib. Vergi ödəyicisi 2020-ci ilin may ayında qərar verir ki, həmin əsas vəsaiti silsin. Bu zaman 2019-cu ildə kompüterə 500 manat amortizasya hesablandığı üçün qalıq dəyəri 1500 manat təşkil edir. Vergi ödəyicisi 1 500 manatlıq kompüterə 270 manatlıq ƏDV (18 faiz) hesablamalıdır.

Mİsal 2. ƏDV ödənilməklə alınan kompüterə amortizasiya hesablanıb və qalıq dəyəri 300 manat təşkil edib. Bu zaman tam amortizasiya olunaraq uçotdan silinmə halı baş verdiyi üçün qalıq məbləğ ƏDV-yə cəlb olunmur.

 

2021-ci ilin iyun ayında satışda olan kitablar:

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (VI nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

1 Komment

  1. Süleyman 29 İyun 2021

    Yuxarıda qeyd edilən misalda bir məqama aydınlıq gətirməyinizi xahiş edirəm. Əgər əsas vəsait May ayında silinirsə, 2020-ci ilin yanvar-aprel aylarına görə amortizasiya nəzərə alınmır?

Şərh yazın

Son məqalələr

Populyar məqalələr

Xəbərlər