Vergi ödəyicisinin bank hesabında dollar vəsaiti olduqda, sərəncam necə icra edilməlidir?

Vergi ödəyicisinin bank hesabında dollar vəsaiti olduqda, sərəncam necə icra edilməlidir?

Satışı davam edən “Vergi Məcəlləsi: Ümumi hissənin izahı” kitabından seçmə

Vergi Məcəlləsinin 65.7-ci maddəsinə əsasən, vergi orqanlarının vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması haqqında sərəncamı vergi ödəyicisinin valyutada olan bank hesabına yönəldikdə, bank və ya digər kredit təşkilatı hesabdakı vəsaiti bu Məcəllənin 60.1.2-ci maddəsində müəyyən edilmiş qaydada dondurur və dərhal bu barədə vergi ödəyicisinə məlumat göndərir. Vergi ödəyicisi tərəfindən konvertasiya əməliyyatı aparıldıqdan sonra bank və ya digər kredit təşkilatı vergi orqanının sərəncamını icra edir.

Vergi orqanı tərəfindən bank hesabına göndərilən sərəncam valyuta hesabına olduqda yanaşma manat hesabından fərqli həyata keçirilir. Vergi orqanı valyuta hesabındakı məbləği icra sərəncamına uyğun dondurmaqla yanaşı, vergi ödəyicisinə məlumat verməlidir. Vergi ödəyicisi konvertasiya əməliyyatını həyata keçirdikdən sonra proses icra olunur.

Mİsal. Vergi ödəyicisinin valyutada olan bank hesabında 300 ABŞ dolları vəsait var. Vergi orqanı tərəfindən vergi borcu ilə bağlı 400 manat məbləğində sərəncam göndərilir. Bu halda bank 247,06 ABŞ dolları ((400 manat x 105%) / 1.70 (məzənnə)) vəsaiti donduraraq vergi ödəyicisinə məlumat verir. Vergi ödəyicisi həmin vəsaiti konvertasiya etdirərək icra sərəncamını həyata keçirir.

 

2021-ci ilin iyun ayında satışda olan kitablar:

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (VI nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər