Vergi orqanının göndərdiyi sərəncamdakı məbləğin vergi ödəyicisinin hesabındakı vəsaitdən çox olduqda…
Satışı davam edən “Vergi Məcəlləsi. Ümumi hissənin izahı” kitabından seçmə
Vergi Məcəlləsinin 65.4-cü maddəsinə əsasən, vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında vəsait olmadıqda və ya o, vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinə, yaxud bu Məcəllə ilə müəyyən edilən həcmdə vəsaitin dondurulmasına kifayət etmədikdə vergi orqanının sərəncamı bankda və ya digər kredit təşkilatında saxlanılır və vergi ödəyicisinin hesablarına vəsait daxil olduqca icra edilir.
Maddədə diqqət yetiriləsi məqam odur ki, vergi orqanının göndərdiyi sərəncamdakı məbləğin vergi ödəyicisinin hesabındakı vəsaitdən çox olması onun icra olunmaması anlamına gəlmir.
Mİsal 1. Vergi orqanı vergi ödəyicisinin bəyan etdiyi 300 manat verginin ödənilməməsi səbəbindən icra sərancamını onun bank hesabına göndərib. Vergi ödəyicisinin hesabında 200 manat vəsait olduğundan bank həmin məbləği vergi orqanına ödəyir. Vergi orqanı bu halda ödənilmiş vergi borcu nəzərə alınmaqla yeni sərəncamı banka göndərir.
Mİsal 2. Vergi orqanı hesabladığı kameral vergi yoxlaması ilə əlaqədar olaraq 350 manat vergi hesablayıb və dondurulma sərəncamı göndərib. Vergi ödəyicisinin bank hesabında 220 manat olduğu üçün, bank həmin vəsaitin dondurulmasını həyata keçirir. Vergi ödəyicisinin hesabına vəsait daxil olduqca, vergi orqanının sərəncamındakı məbləğə qədər dondurulma prosesini həyata keçirir. Əgər 30 gün ərzində vergi ödəyicisinin hesabına hər hansı mədaxil olmazsa və şikayət edilməzsə, o zaman vergi orqanı tərəfindən dondurulma sərəncamı geri cağırılır, icra sənədi göndərilir və qalıq vəsait icra edilir.
2021-ci ilin iyun ayında satışda olan kitablar:
1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat (Satışına start verilib)
2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (VI nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
5) Vergi Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
6) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.
Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.
Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]
0 Komment
Şərh yazın