Agent və ya komisyonçu malları geri qaytardıqda hansı elektron qaimə-fakturadan istifadə edir?
Satışı davam edən “Vergi uçotu: A-dan Z-yə” (V nəşr) kitabından seçmə
Vergi ödəyicisi müvafiq proqram təminatından “Malların geri qaytarılması” elektron qaimə-fakturası üzrə “Malların təqdim edilməsi qaiməsinin qaytarılması” növünü seçməklə malları geri qaytarır.
Amma agent və ya komisyonçu tərəfindən malların vəkalət verənə (komitentə) qaytarılması zamanı “Malların geri qaytarılması” elektron qaimə-fakturasnın digər iki növündən istifadə olunmalıdır.
Mİsal. “A” MMC 20 000 manatlıq malı agent və ya komisyon müqaviləsinə uyğun olaraq, “Əla” supermarketinə təqdim edir. “Əla” supermarketi həmin malların bir qismini satsa da, istifadə müddətinin bitməsi ilə bağlı 3000 manatlıq malı geri qaytarır. Mallar agent və ya komisyon müqaviləsi üzrə təqdim ediliyi üçün vergi ödəyicisi malların qaytarılması zamanı agent (komisyonçu) tərəfindən malların vəkalət verənə (komitentə) qaytarılması barədə elektron qaimə-fakturadan istifadə etməlidir.
Təbii ki, agent və ya komisyonçu tərəfindən malların vəkalət verənə (komitentə) qaytarılması zamanı elektron qaimə-fakturanın müvafiq olaraq malların agent və ya komisyonçu tərəfindən təqdim olunması barədə elektron qaimə-fakturadan istifadə etmək lazımdır. Yəni, agent və ya komisyonçu malların geri qaytarılmasının qeyd olunan halında elektron qaimə-faktura hazırlayarkən “Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-faktura”ya istinad edə biməz.
2021-ci ilin iyun ayında satışda olan kitablar:
1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat (Satışına start verilib)
2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (VI nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
5) Vergi Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
6) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.
Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.
Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]
0 Komment
Şərh yazın