Vergi ödəyicisinin kassasına vəsait hansı hallarda daxil olur?

Vergi ödəyicisinin kassasına vəsait hansı hallarda daxil olur?

Satışı davam edən “Vergi uçotu: A-dan Z-yə” (V nəşr) kitabından seçmə

Qaydada vergi ödəyicisinin kassasına daxil olan nağd pul vəsaitlərinin mənbələri göstərilib:

-  malların (işlərin, xidmətlərin) təqdim edilməsindən əldə edilən pul vəsaitləri;

- bank hesablarından məxaric edilmiş pul vəsaitləri;

- təsisçidən və digər şəxslərdən alınmış borclar;

- verilmiş borcların (o cümlədən, təhtəlhesab şəxslərə verilmiş vəsaitlərin) qaytarılması;

- malların (işlərin, xidmətlərin) təqdim edilməsinə görə alınmış avanslar;

- məhkəmə qərarları əsasında həyata keçirilmiş ödənişlər;

- işçi heyətinə artıq ödənilmiş pul vəsaitlərinin qaytarılması;

-  yuxarıda qeyd edilənlərdən əlavə digər mənbələrdən.

Qeyd olunan pul vəsaitlərinə görə tərtib edilən kassa mədaxil orderində pul vəsaitlərinin təyinatı göstərilməlidir.

Mİsal 1. Vergi ödəyicisi 18 yanvar 2021-ci ildə təhtəlhesab şəxsə 300 manat ödəyib. Təhtəlhesab şəxs 21 yanvar 2021-ci ildə avans hesabat təqdim edib və 50 manat vəsaiti geri qaytarıb. Vergi ödəyicisi ciddi hesabat blankı olan kassa mədaxi orderinə təhtəlhesab şəxsin adı, soyadı, atasının adı və vəzifəsi ilə yanaşı, ödəniş təyinatında “Təhtəlhesab şəxsdən vəsait geri qaytarılır (01/21 saylı avans hesabata əsasən) qeydini yazmalıdır.

 

2021-ci ilin iyun ayında satışda olan kitablar:

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (VI nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər