ƏDV-lə bağlı Vergi Məcəlləsinin 58.4-cü maddəsi üzrə maliyyə sanksiyasının izahı

ƏDV-lə bağlı Vergi Məcəlləsinin 58.4-cü maddəsi üzrə maliyyə sanksiyasının izahı

Satışı davam edən “Vergi Məcəlləsi. Ümumi hissənin izahı” kitabından seçmə

Vergi Məcəlləsinin 58.4-cü maddəsinə əsasən, bu Məcəllənin 155-ci maddəsinə müvafiq olaraq vergi ödəyicisi tərəfindən ƏDV üzrə qeydiyyat məcburi olduğu halda, qeydiyyat olmadan fəaliyyət göstərilməsinə görə vergi ödəyicisinə ƏDV üzrə qeydiyyat olmadan fəaliyyət göstərdiyi bütün dövr ərzində büdcəyə ödənilməli olan ƏDV məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Vergi Məcəlləsinin 155-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan şəxslər, o cümlədən bu Məcəllənin 218.1-ci maddəsi ilə müəyyən edilmiş hüquqdan istifadə etməyən ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər bu Məcəllənin 157.3.1-ci maddəsində göstərilən tarixdən 10 gün ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur.

Həmçinin, bir əqd və ya müqavilə üzrə əməliyyatın ümumi dəyəri 200.000 manatdan artıq olduqda, bu əməliyyat ƏDV tutulan əməliyyat sayılır və həmin əməliyyatı həyata keçirən şəxs bu əməliyyatın aparıldığı günədək ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur.

Mİsal 1. Pərakəndə və ya topdansatış fəaliyyəti ilə məşğul olan vergi ödəyicisinin 2020-ci ilin okyabr ayında ardıcıl 12 aylıq dövr üzrə vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan çoxdur. Vergi ödəyicisi növbəti ayın 10 günü ərzində məcburi ƏDV qeydiyyatı üçün ərizə vermək vəzifəsi olmasına baxmayaraq, vergi orqanına müvafiq ərizə forması ilə müraciət etmir. Vergi ödəyicisi məcburi ƏDV qeydiyyatına alınmalı dövr (1 noyabr 2020-ci il tarixindən sonra) üzrə 50 000 manat mal təqdim edib. Vergi orqanının nəzarət tədbirləri zamanı vergi ödəyicisinə ƏDV üzrə qeydiyyat olmadan fəaliyyət göstərdiyi bütün dövr ərzində büdcəyə ödənilməli olan ƏDV məbləğinin 50 faizi, yəni 4500 manat (50 000 manat (təqdim edilən malın məbləği) x 18 faiz (ƏDV-nin dərəcəsi) x 50 faiz (maliyyə sanksiyası) miqdarında maliyyə sanksiyası tətbiq ediləcək. Həmçinin, vergi orqanı tərəfindən vergi ödəyicisinin ƏDV-si  bərpa ediləcək və faiz hesablanacaq.

Mİsal 2.. İctimai iaşə fəaliyyət ilə məşğul olan vergi ödəyicisinin 2020-ci ilin okyabr ayında ardıcıl 12 aylıq dövr üzrə vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan çox olub. Vergi Məcəlləsinin 218.1.2-ci maddəsinə əsasən, vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ saxlamaq üçün müraciət edə bilər. Vergi ödəyicisi həmin hüququndan istifadə ilə bağlı ərizə müraicət etdiyi halda, vergi orqanı Vergi Məcəlləsinin 58.4-cü maddəsində nəzərdə tutulan maliyyə sanksiyası tətbiq etmir. Amma vergi ödəyicisi müraciət etmədən fəaliyyətini davam etdirərsə, bu zaman ƏDV üzrə qeydiyyat olmadan fəaliyyət göstərdiyi bütün dövr ərzində büdcəyə ödənilməli olan ƏDV məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq ediləcək.

 

2021-ci ilin iyun ayında satışda olan kitablar:

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat (Satışı yekunlaşıb)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı planlaşdırılır)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışı planlaşdırılır)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər