Vergi ödəyicisi əməliyyat həyata keçirmək istədiyi qarşı tərəfin riskli vergi ödəyicisi olmasını necə müəyyən edəcək?
Satışı davam edən “Vergi Məcəlləsi. Ümumi hissənin izahı” kitabından seçmə
Meyarların 1.4-cü maddəsinə əsasən, riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. Meyarlardan göründüyü kimi, vergi ödəyicisi riskli vergi ödəyicisi hesab edilən qarşı tərəflə elektron qaimə-faktura üzrə əməliyyat apardıqda vergi orqanı xüsusi formada xəbərdarlıq edəcək.
ZƏRURİ QEYD. Vergi ödəyicilərinə tövsiyə edirik ki, qarşı tərəfin riskli vergi ödəyicisi olacağı səbəbindən müqaviləyə xitam verilməsi ilə bağlı öncədən imzalanan sənəddə bu barədə qeyd aparsınlar.
2021-ci ilin iyun ayında satışda olan kitablar:
1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat (Satışına start verilib)
2) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat (Satışı yekunlaşıb)
3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı planlaşdırılır)
5) Vergi Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
6) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışı planlaşdırılır)
Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.
Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.
Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]
0 Komment
Şərh yazın