Hansı vergi ödəyicisinin sabit qəbzlə fəaliyyət göstərmək vəzifəsidir?

Hansı vergi ödəyicisinin sabit qəbzlə fəaliyyət göstərmək vəzifəsidir?

Satışı davam edən “Vergi Məcəlləsi. Ümumi hissənin izahı” kitabından seçmə

- bu Məcəllənin 220.10-cu maddəsində nəzərdə tutulan fəaliyyət növlərini “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” almaqla həyata keçirmək (Maddə 16.1.7-1.)

Maddəyə xüsusi diqqət yetirmək lazımdır. Çünki bəzi vergi ödəyiclərinin bu məsələ ilə bağlı fərqli yanaşmaları var. Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq bəzi fəaliyyət növləri ilə muzdlu işçi cəlb etmədən fərdi məşğul olan şəxslər (dərzi, ofisiant, çəkməkçi, bərbər və s.)  “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” almaqla fəaliyyət göstərməlidir.

Mİsal 1. Fərdi qaydada bərbər fəaliyyəti ilə məşğul olan fərdi sahibkar “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” almadan fəaliyyət göstərir və dövri olaraq sadələşdirilmiş vergisini bəyan edir.

Qeyd edək ki, həmin fərdi sahibkarın qəbz almadan fəaliyyət göstərməsi vergi qanunvericiliyinin tələblərinə ziddir. Vergi Məcəlləsinin 58.12-ci maddəsinə əsasən, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz”i almadan sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə vergi ödəyicisinə maliyyə sanksiyası hesablanır.

Mİsal 2. Dərzi fəaliyyətini həyata keçirən fərdi sahibkar əmək müqaviləsi üzrə işçini işə cəlb edərək fəaliyyət göstərir. Muzdlu işçi cəlb etdiyi üçün həmin fərdi sahibkarın “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz”i almaq hüququ itir.

 

2021-ci ilin may ayında satışda olacaq kitablar:

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat (Satışı yekunlaşıb)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı yekunlaşıb)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər