ƏDV üzrə Könüllü qeydiyyat hallarında vacib məqamlar

ƏDV üzrə Könüllü qeydiyyat hallarında vacib məqamlar

Növbəti həftədən satışda olacaq “Vergi uçotu: A-dan Z-yə” kitabından seçmə

Mənfəət və ya gəlir vergisi, həmçinin sadələşdirilmiş vergi ödəyiciləri ƏDV qeydiyyatı üçün ərizə ilə müraciət edə bilərlər. Təbii ki, bəzi istisnalar var. Bölmənin əvvəlində hansı vergi ödəyicilərinin mütləq sadələşdirilmiş vergi ödəyicisi kimi fəaliyyət göstərməsini qeyd etmişdik. Məsələn, idman-mərc oyunlarının operatoru və satıcıları olan şəxslər könüllü ƏDV qeydiyyatı üçün müraciət edə bilməzlər.

Mİsal. Səhiyyə sektorunda fəaliyyət göstərən “A” MMC-nin ardıcıl 12 ayda dövriyyəsi 120 000 manat olmasına baxmayaraq, şirkət 2020-ci ilin avqust ayında ƏDV ödəyicisi kimi qeydiyyata alınmaqla bağlı vergi orqanlarına müraciət edib. Bu zaman artıq qeydiyyat könüllü olduğu üçün, vergi ödəyicisi qeydiyyat haqqında ərizəni verdiyi aydan sonrakı hesabat dövrünün birinci günündən ƏDV qeydiyyatına alınır. Əgər “A” MMC sentyabrda verdiyi müraciətdə qeyd etsə ki, sentyabr yox, 3-cü rüb başa çatdıqdan sonra, yəni, noyabr ayından ƏDV qeydiyyatına alın, o zaman vergi orqanı vergi ödəyicisini qeyd etdiyi ayda uçota alacaq.

Burada bir vacib məsələni qeyd edək ki, vergi orqanı vergi ödəyicisini qeydiyyata alan zaman həmin ayın birinci günü əsas götürülür. Yəni, ƏDV qeydiyyatı, məsələn, 15 oktyabrdan başlaya bilməz.

 

2021-ci ilin may ayında satışda olacaq kitablar:

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat (Satışı yekunlaşıb)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı yekunlaşıb)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər