Vergi orqanı hansı halda vergi ödəyicisinin kredit borcunu araşdırır?
Satışı davam edən “Vergi Məcəlləsi. Ümumi hissənin izahı” kitabından seçmə
Vergi Məcəlləsinin 67.12-ci maddəsinə əsasən, şəxs fərdi istehlakına, o cümlədən əmlak alınmasına çəkilən xərclərin ödənilməsi üçün kifayət olmayan məbləğdə gəlir əldə etdiyini bildirirsə, vergi orqanı gəliri və vergiləri həmin şəxsin əvvəlki dövrlərdəki gəlirlərini, habelə kredit və borclarını nəzərə almaqla çəkdiyi xərclərə əsasən müəyyənləşdirir.
Mİsal. Vergi ödəyicisi olan TV aparıcısı vergi orqanına təqdim etdiyi bəyannamələrdə il ərzində orta hesabla 12 000 -15 000 manat məbləğində gəlir əldə etdiyini bəyan edir. Amma vergi orqanı müəyyən edir ki, həmin vergi ödəyicisi dəyəri 250 000 manat olan villa alıb. Bu halda vergi orqanı vergi ödəyicisinin vergi tutulan gəlirini müəyyənləşdirmək üçün əvvəlki dövrdə gəlirləri ilə yanaşı, həmin əmlakın alınması üçün cəlb etdiyi kredit və borclar üzrə xərcləri də müəyyən etməlidir. Həmin xərc göstəricilərinə uyğun olaraq, vergi ödəyicisinin vergiyə cəlb ediləcək gəliri müəyyən olunaraq vergi orqanına bəyan edilə bilər.
Bir məsələni də qeyd edək ki, Vergi Məcəlləsinin 67.12-ci maddəsinin təcrübədə tətbiq edilməsinə rast gəlinməyib.
2021-ci ilin may ayında satışda olacaq kitablar:
1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat (Satışına start verilib)
2) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat (Satışı yekunlaşıb)
3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı yekunlaşıb)
5) Vergi Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat
6) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat
Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.
Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.
Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]
0 Komment
Şərh yazın