Vergi qanunvericiliyində “əmlakın qalıq dəyəri” anlayışının misalla izahı

Vergi qanunvericiliyində “əmlakın qalıq dəyəri” anlayışının misalla izahı

Satışı davam edən “Vergi Məcəlləsi. Ümumi hissənin izahı” kitabından seçmə

13.2.22. Əmlakın qalıq dəyəri

Vergi Məcəlləsinin 13.2.22-ci maddəsinə əsasən, əsas vəsaitlərin qalıq dəyəri onun ilkin dəyərinin həmin əsas vəsaitlərə hesablanmış amortizasiyanın məbləği qədər azaldılan dəyəridir. Maddədən göründüyü kimi, qalıq dəyəri əsas vəsaitlərə aid anlayışdır. Əsas vəsaitlərə amortizasiya hesablandığı üçün onun ilkin dəyəri üzrə azalmalar baş verdiyindən qalıq dəyəri formalaşır.

Misal. Vergi ödəyicisi 2020-ci il tarixdə 3000 manat məbləğində kompüter alıb. Vergi Məcəlləsinin 114.3.2-1-ci maddəsinə əsasən, yüksək texnologiyalar məhsulu olan hesablama texnikası üzrə 25 faizədək amortizasiya hesablanır. Əksər vergi ödəyicilərinin amortizasiya faizinin maksimum həddini tətbiq etməsini nəzərə alsaq, əmlakın qalıq dəyəri 2250 manat (3000 (ilkin dəyəri) – 750 (3000 x 25 faiz) (illik amortizasiya norması)) təşkil edəcək.

 

2021-ci ilin may ayında satışda olacaq kitablar:

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat (Satışı yekunlaşıb)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı yekunlaşıb)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər