Vergi ödəyici ləğv olunduqda sahibliyində qalan mallar nə vaxt ƏDV-yə cəlb olunur?
Satışına start veriləcək “Vergi uçotu: A-dan Z-yə” kitabından seçmə
Vergi Məcəlləsinin 166-cı maddəsinin yeni redaksiyasında qeyd edilir ki, Vergi Məcəlləsinin 159.6-cı maddəsi tətbiq edildikdə, ləğvetmənin qüvvəyə minməsindən bilavasitə əvvəlki vaxt (gün) vergi tutulan əməliyyatın vaxtı sayılır.
Misal. Vergi ödəyicisi 50 000 manatlıq mal aldıqda, ödədiyi 9 000 manat (50 000 manat x 18 faiz) ƏDV-ni əvəzləşdirib. Vergi ödəyicisinin qeydiyyatının ləğvi zamanı 12 000 manatlıq malı qalıbsa, 2 160 manat (12 000 manat x 18 faiz) ƏDV-ni bəyan etməlidir.
Qeyd edək ki, vergi ödəyicisinin qeydiyyatını ləğvetmə vaxtı 20 aprel 2020-ci il tarixidirsə, 19 aprel 2020-ci il tarixinə olan mallara ƏDV hesablanaraq aprel ayında bəyan edilməlidir.
2021-ci ilin may ayında satışda olacaq kitablar:
1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat (Satışına start verilib)
2) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat (Satışı yekunlaşıb)
3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı yekunlaşıb)
5) Vergi Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat
6) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat
Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.
Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.
Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]
0 Komment
Şərh yazın