Vergi ödəyicisinin şikayət hüququ zamanı iddia müddəti necə tənzimlənir?

Vergi ödəyicisinin şikayət hüququ zamanı iddia müddəti necə tənzimlənir?

Satışı davam edən “Vergi Məcəlləsi. Ümumi hissənin izahı” kitabından seçmə

Vergi ödəyicisinin şikayət hüququ ilə bağlı iddia müddətinin tənzimlənməsini nəzərdən keçirək. Vergi Məcəlləsinin 62.3-cü maddəsinə əsasən, vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) vergi ödəyicisi və ya başqa borclu şəxs tərəfindən öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gündən 3 ay müddətində verilir.

Qeyd edək ki, Vergi Məcəlləsində qeyd edilən 3 aylıq müddət vergi ödəyicisi üçün üstünlük hesab edilə bilər. “İnzibati İcraat haqqında” AR Qanununa əsasən, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir.

Amma Vergi Məcəlləsinin 62.3-cü maddəsi həmin müddəti 3 aya qədər artırıb.

Mİsal.  Vergi orqanı tərəfindən 26 oktyabr 2020-ci il tarixdə kameral vergi yoxlaması zamanı vergi ödəyicisinə əlavə vergi hesablanıb. Vergi ödəyicisi 26 yanvar 2021-ci il tarixə qədər həmin qərardan şikayət etmək hüququna malikdir.

Vergi Məcəlləsinin 62.3-cü maddəsinin ikinci abzasında qeyd edilir ki, vergi ödəyicisi və ya başqa borclu şəxs üzürlü səbəbdən bu maddənin birinci abzasında göstərilən müddəti buraxmışdırsa, yuxarı vergi orqanı və ya yuxarı vergi orqanının vəzifəli şəxsi tərəfindən şikayəti verən şəxsin ərizəsinə əsasən həmin müddət bərpa edilə bilər.

Maddədən göründüyü kimi, misalımıza müvafiq olaraq vergi ödəyicisi inzibati qaydada yuxarı vergi orqanına şikayətini 26 yanvar 2021-ci il tarixdən sonrakı müddətdə həyata keçirə bilər. Təbii ki, vergi ödəyicisi şikayət ərizəsində vaxtın bərpası ilə bağlı müraciət etməlidir. Təcrübədə vergi orqanı əksər hallarda müddəti ötmüş şikayətlər üzrə müddəti bərpa edir.

 

2021-ci ilin may ayında satışda olacaq kitablar:

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat (Satışı yekunlaşıb)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı yekunlaşıb)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər