Operativ vergi nəzarəti zamanı malllarla bağlı hansı fəaliyyəti həyata keçirilir?

Operativ vergi nəzarəti zamanı malllarla bağlı hansı fəaliyyəti həyata keçirilir?

Satışı davam edən “Vergi Məcəlləsi. Ümumi hissənin izahı” kitabından seçmə

- malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi (Maddə 50.1.13.)

Vergi orqanı operativ vergi nəzarəti tədbirləri zamanı həm sənədi olmayan, həm də düzgün rəsmiləşdirmə aparılmayan mallara görə yoxlamalar həyata keçirə bilər. Vergi orqanının vəzifəli şəxləri malların uçotu ilə bağlı vergi ödəyicisindən iltizam aldıqdan sonra ona malların uçotu ilə bağlı tələbnamə göndərir. Vergi orqanının vəzifəli şəxsi malların siyahıya alınmasını həyata keçirir, əgər siyahıya alınma iş günü ərzində başa çatmırsa, o zaman dövlət qurumu tərəfindən malların saxlandığı yerlər (bina, otaq, tikili, anbar və s.) möhürlənir.

Mİsal. Vergi orqanının vəzifəli şəxsi vergi ödəyicisində aparılan vergi tədbirləri nəticəsində 40 000 manatlıq malları siyahıya alıb. Araşdırmalar nəticəsində məlum olur ki, topdansatış bazar qiyməti ilə müəyyənləşdirilən 18 000 manatlıq malın heç bir sənədi yoxdur. Yerdə qalan 22 000 manatlıq malın 12 000 manatıq hissəsinin elektron qaimə-faktura və elektron alış sənədləri olsa da, 10000 manatı üzrə Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədləşmə həyata keçirilməyib.

Vergi Məcəlləsinin 58.8-ci maddəsinə əsasən, vergi ödəyicisinin sahibliyində olan mallara dair elektron qaimə-faktura, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab-faktura (invoys), alış aktları və ya bu Məcəllənin 71-2-ci maddəsində göstərilən elektron alış aktları, elektron qaimə-faktura təqdim edilənədək komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı və qaytarılmış mallara dair malların qaytarılması aktı olmaması vergi qanunvericiliyinin tələblərinin pozulması hesab edilir. Bu zaman vergi orqanının vəzifəli şəxsi 28000 manatlıq (18000 manat + 10000 manat) mallar üzrə maliyyə sanksiyası tətbiq edəcək.

Vergi orqanları malların uçotunun düzgün aparılmamasına görə maliyyə sanksiyasını Vergi Məcəlləsinin 58.8.2-ci maddəsi üzrə tətbiq edir. Həmin maddəyə əsasən, malların alışını və ya mədaxilini təsdiq edən, bu Məcəllənin 58.8-ci maddəsində nəzərdə tutulan sənədlər olmadıqda – alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə  malların dəyərinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

 

2021-ci ilin may ayında satışda olacaq kitablar:

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat (Satışı yekunlaşıb)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı yekunlaşıb)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər