Ticarət sahəsi üzrə 30 000 və ya 15 000 manatlıq nağd əməliyyatı limiti ləğv olundu?

Ticarət sahəsi üzrə 30 000 və ya 15 000 manatlıq nağd əməliyyatı limiti ləğv olundu?

Mks.az saytı “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”na aydınlıq gətirdi

Vergilər Nazirliyinin Kollegiyasının 7 sentyabr 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”nda dəyişiklik edilib. İqtisadiyyat Nazirliyinin Kollegiyasının 28 aprel 2021-ci il tarixli, 2 nömrəli qərarı ilə (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202104280002, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 5 may 2021-ci il) “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”nın 46-1.3-cü bəndindən “ticarət və (və ya)” sözləri çıxarılıb. Dəyişiklikdən sonra Qaydaların “Nağdsız hesablaşmaların həyata keçirilməsinə nəzarət” bölməsinin 46-1.3-cü abzası aşağıdakı redaksiyada olub:

“46-1.3. Bu Qaydaların 46-1.4-cü bəndinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği otuz min manatdan, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği on beş min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir.”

Qeyd edək ki, oxşar dəyişiklik “Nağdsız hesablaşmalar haqqında” AR Qanununda da edilib. 6 oktyabr 2020-ci il tarixli 183-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 24 noyabr 2020-ci il, № 245, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 11, maddə 1333) ilə Qanunun 3.3-cü maddəsindən “ticarət və (və ya)” sözləri çıxarılıb:

“3.3. Bu Qanunun 3.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği otuz min manatdan, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği on beş min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir.”

Dəyişikliklərin məqsədi nədir? Vergi Məcəlləsində 1 yanvar 2019-cu il tarixdə edilən dəyişikliyə əsasən, ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinin dövriyyələri ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatdan artıq olduğu halda, onlar sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnu itirirlər. Həmin dəyişikliyə əsasən, 1 yanvar 2019- cu il tarixdən illik dövriyyəsi 200.000 manatdan artıq olan, ticarət sahəsində çalışan vergi ödəyicilərinin 6 faiz dərəcə ilə sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ ləğv edilib. Qeyd olunan tarixdən onlar yalnız ƏDV ödəyicisi kimi fəaliyyət gostərə bilərlər.

Təəssüf ki, bəzi həmkarlarımız qeyd edilən dəyişikliyi ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri üçün təqvim ayı ərzində on beş min manat və ya otuz min manat məbləğində müəyyənləşdirlimiş limitin ləğv olunması kimi başa düşüblər.

Bu səbəbdən də, bir daha bildiririk ki, həm “Nağdsız hesablaşmalar haqqında” AR Qanununa, həm də  “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”na edilən dəyişikliklər 1 yanvar 2019-cu il tarixdən qüvvədə olan məhdudiyyətin həmin sənədlərdə təsbit olunması ilə bağlı həyata keçirilib.

 

2021-ci ilin may ayında satışda olacaq kitablar:

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat (Satışı yekunlaşıb)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı yekunlaşıb)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər