Mənfəət vergisi bəyannaməsində əmək haqqı göstəriciləri hansı bəyannamə ilə müqayisə edilir?
Satışı yekunlaşan “Vergi uçotu: A-dan Z-yə” kitabından seçmə
Vergi ödəyicisinin göndərdiyi Mənfəət vergisi bəyannaməsində əmək haqları ilə bağlı göstəricilər vahid bəyannamə olan “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı)”nın göstəriciləri ilə üzləşdirilir.
Mİsal 1. Vergi ödəyicisinin təqdim etdiyi 2020-ci üzrə Mənfəət vergisi bəyannaməsində 32 000 manat əmək haqqı xərci qeyd edilib. Amma vergi ödəyicisinin 2020-ci ilin 4 rübü ərzində təqdim etdiyi “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı)”na uyğun olaraq 2020-ci ilin I, II, III və IV rübləri üzrə vahid bəyannamə üzrə əmək haqqı göstəriciləri 8200 manat, 8500 manat, 9400 manat və 8000 manat olub. Vahid bəyannamə üzrə əmək haqqı xərcləri 34 100 manat təşkil etdiyi halda, Mənfəət vergisi bəyannaməsində bu rəqəm 32 000 manat göstərilib. Göründüyü kimi, iki bəyannamə üzrə 2100 manat (34100 manat – 32000 manat) fərq yarandığı üçün vergi orqanı tərəfindən vergi ödəyicisinə kameral uyğunsuzluq göndəriləcək.
Mİsal 2. Vergi ödəyicisi 2020-ci il üzrə təqdim etdiyi Mənfəət vergisi bəyannaməsinin 221.2-ci sətrinə 4000 manat məbləğində sosial sığorta xərci qeyd edilib. Vergi ödəyicisinin 2020-ci ilin I, II, III və IV rübləri üzrə təqdim etdiyi “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı)”na əsasən, vergi ödəyicisinin 2020-ci ilin IV rübü üzrə əmək haqqı fondundan hesabladığı məcburi sosial ayırma və işsizlikdən sığorta məbləği 3200 manat təşkil edir. Bu zaman vergi orqanından 800 manatlıq (4000 manat (Mənfəət vergisi bəyannaməsi üzrə bəyan edilən məbləğ) – 3200 manat (2020-ci ilin 4 rübü üzrə vahid bəyannamə üzrə cəmi məbləğ) fərqlə bağlı kameral uyğunsuzluq məktubu gələcək.
2021-ci ilin may ayında satışda olacaq kitablar:
1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat (Satışına start verilib)
2) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat (Satışı yekunlaşıb)
3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı yekunlaşıb)
5) Vergi Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat
6) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat
Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.
Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.
Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]
0 Komment
Şərh yazın