Dividendin hesablanması və ödəmə mənbəyində vergi tutulması necə həyata keçirilir?

Dividendin hesablanması və ödəmə mənbəyində vergi tutulması necə həyata keçirilir?

Satışı bitən “Vergi uçotu: A-dan Z-yə” kitabından seçmə

Fərdi sahibkarlarda dividend anlayışı yaranmır, çünki onlar öz vəsaitləri üzərində səlahiyyət vermək hüququna malikdir. Dividend hüquqi şəxslərə aiddir. Vergi qanunvericiliyinə əsasən, dividend - hüquqi şəxsin öz təsisçilərinin (payçılarının) və yaxud səhmdarlarının xeyrinə xalis mənfəətinin (sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən vergi və xərclər çıxıldıqdan sonra gəlirin) bölüşdürülməsi, o cümlədən hüquqi şəxs ləğv edilərkən xalis mənfəəti hesabına formalaşan əmlakın (aktivlərin) bölüşdürülməsi, habelə səhmlərin (payların) xalis mənfəət hesabına artırılan nominal dəyəri hüdudlarında geri alınması ilə bağlı pul və ya digər ödəmələr şəklində etdiyi ödənişdir.

Dividenddən vergi hesablandıqda yox, ödənildikdə ödəmə mənbəyində vergi tutulur. Vergi Məcəlləsinin 122-ci maddəsinə əsasən, rezident müəssisə tərəfindən ödənilən dividenddən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur. Əgər təsisçi qeyri-rezidentdirsə, bu zaman həmin məbləğdən də 10 faiz vergi tutulmalıdır.

Misal. Tutaq ki, “A” MMC ilin yekunlarına əsasən, 30 000 manat dividendin təsisçiyə ödənilməsi haqqında qərar verib. Dividend ödənişi zamanı ödəmə mənbəyində 10 faiz vergi tutulduğu üçün, təsisçiyə 27 000 manat (30 000 manat – 3000 manat) dividend, dövlət büdcəsinə isə 3 000 manat vergi ödənilir.

Hansı hallarda dividenddən ödəmə mənbəyində verginin tutulmaması, hansı ödənişin dividendə bərabər tutulması, dividendin hansı halda verilməməsi və digər məsələlər haqqında “Təsisçilərlə hesablaşmalar“ bölməsində geniş məlumat verdiyimizdən bir daha təkrarçılığa yol vermirik.

 

2021-ci ilin may ayında satışda olacaq kitablar:

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat (Satışı yekunlaşıb)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı yekunlaşıb)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

1 Komment

  1. Kənan Mehtiyev 13 Oktyabr 2021

    salam dividentdən hansı halda vergi tutulmur ? zəhmət olmasa deyerdiz

Şərh yazın

Son məqalələr

Populyar məqalələr

Xəbərlər