Vergi ödəyicisi işçinin xərclərini ödədiyi halda, həmin məbləğdən icbari ödənişlər necə hesablanır?

Vergi ödəyicisi işçinin xərclərini ödədiyi halda, həmin məbləğdən icbari ödənişlər necə hesablanır?

Satışı yekunlaşan “Vergi uçotu: A-dan Z-yə” kitabıdan seçmə

Vergi Məcəlləsinin 98.2.3-cü maddəsinə əsasən, işçinin xərclərinin əvəzi ödənildiyi halda - ödənən vəsaitin məbləği muzdlu işlə əlaqədar alınan gəlirə daxil edilir.

Mİsal. İşçinin telefon danışıqları nəticəsində “Azercell”ə 50 manat borcu yaranıb. Müəssisə həmin borcun bağlanılması məqsədilə işçiyə 50 manat ödəyir. Bu zaman işçiyə ödənilən 50 manat onun gəliri hesab olunur və əmək haqqının üzərinə gəlir.

Vergi Məcəlləsinin 98.2.4-cü maddəsinə əsasən, işçinin işəgötürənə olan borcu və ya öhdəliyi bağışlanıldığı halda - həmin borcun və ya öhdəliyin məbləği muzdlu fəaliyyətlə bağlı borc hesab olunur.

Mİsal. Müəssisə qərara alır ki, işçinin ona olan 300 manat borcunu bağışlasın. Bu zaman həmin məbləğ işçinin gəliri hesab olunur. Burda bir məqama diqqət yetirək, 1 yanvar 2019-cu ildən etibarən neft-qaz sektorunda fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən işçilərin əmək haqqı 8 000 manata qədər olduğu halda gəlir vergisindən azaddır.

Bir daha qeyd edək ki, Vergi Məcəlləsinin 102.1.3-cü maddəsinə əsasən təqvim ilində hədiyyələrin dəyərinin 1000 manatadək olan hissəsi gəlir vergisindən azad edilir və beləliklə, təqvim ili ərzində bağışlanmış borcun 1000 manatdan artıq hissəsi vergiyə cəlb olunur.

 

2021-ci ilin may ayında satışda olacaq kitablar:

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat (Satışı yekunlaşıb)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı yekunlaşıb)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər