VÖEN əldə etmədən xidmət göstərmək olar?

VÖEN əldə etmədən xidmət göstərmək olar?

Satışına davam edən “Vergi uçotu: A-dan Z-yə” kitabından seçmə

Həm vergi, həm də sosial qanunvericiliyin tələbləri imkan verir ki, vətəndaş vergi və DSMF orqanlarında uçota alınmadan vergi ödəyicilərinə xidmət göstərsin. 

Vergi Məcəlləsinin 150.1.7-ci maddəsinə əsasən, vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmayan, VÖEN təqdim etməyən fiziki şəxslərin göstərdiyi xidmətlərə (işlərə) görə həmin fiziki şəxslərə haqq ödəyən hüquqi şəxslər və ya fərdi sahibkarlar ödəmə mənbəyində vergini tutmağa borcludurlar.

Həmçinin, Vergi Məcəlləsinin 101.1-3-cü maddəsinə əsasən, Məcəllənin 150.1.7-ci maddəsi tətbiq edilərkən gəlir vergisi 101.1-ci maddəsində nəzərdə tutulan verginin dərəcəsi tətbiq edilməklə hesablanır. Vergi Məcəlləsinin 101.1-ci maddəsinin tələbi dedikdə, 2500 manata qədər 14 faiz, 2500 manatdan yuxarı olduqda isə 350 manat + 2500 manatdan çox olan məbləğin 25 faizi həcmində vergi hesablanır.

“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, mülki-hüquqi xarakterli müqavilələrlə işləyənlər (fərdi sahibkarlar istisna olmaqla) üzrə ödəmə mənbəyində tutulmaqla - gəlirlərinin 25 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödənilməlidir.

Qeyd olunan tələbləri misallar üzərində nəzərdən keçirək.

Mİsal. “A” MMC tərcümə xidmətləri göstərən və vergi uçotunda qeydiyyata alınmayan vətəndaşla 200 manatlıq xidmət müqaviləsi imzalayır. Göstərilən xidmətə görə ödəniş zamanı təşkilat 28 manat (200 manat x 14 faiz) ödəmə mənbəyində vergi və 50 manat (200 manat x 25 faiz) məcburi sosial sığorta haqqı hesablamalıdır. Yekun olaraq, “A” MMC-nin vətəndaşa ödədiyi məbləğ 122 manat (200 manat – 28 manat – 50 manat) təşkil edəcək.

 

2021-ci ilin aprel ayında satışda olacaq kitablar:

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı davam edir)

5) Vergi Məsələləri: Testlər - qiymət 35 (30) manat

6) Əmək Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat

7) Əmək Münasibətləri: Testlər - qiymət 35 (30) manat

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər