Vergi Məcəlləsindəki “sahibkarlıq fəaliyyəti” ilə bağlı vacib 3 MƏQAM
Satışı davam edən “Vergi Məcəlləsi. Ümumi hissənin izahı” kitabından seçmə
13.2.37. Sahibkarlıq fəaliyyəti
Vergi qanunvericiliyində sahibkarlıq fəaliyyətinə də aydınlıq gətirilib. Vergi Məcəlləsinin 13.2.37-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti dedikdə, şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyət başa düşülür.
Maddədə sahibkarlıq fəaliyyətinin konkret şərtləri qeyd edilib. Birinci məqam odur ki, şəxs sahibkarlıq fəaliyyəti ilə əmlakın istifadəsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi üçün istifadə edə bilər. Əmlak istifadəsi dedikdə, burada ofis, daşınan, daşınmaz əmlak, pul vəsaitinin qoyuluşu başa düşülür. Mümkündür ki, vergi ödəyicisinin fəaliyyətində vergitutma obyekti yaranmasa da, müəyyən əmlakdan istifadə etməklə sahibkarlıq fəaliyyətini həyata keçirməyə başlasın.
İkinci məqam odur ki, şəxs malları təqdim etməlidir. Vergi ödəyicisi tərəfindən hər hansı əmlakın satılması sahibkarlıq fəaliyyəti hesab edilir.
Üçüncüsü, vergi ödəyicisi tərəfindən işlərin görülməsi və ya xidmətlərin göstərilməsi də sahibkarlıq fəaliyyətinə aid edilir. Misal üçün, vergi ödəyicisinin qarşı tərəf üçün konsaltinq xidməti göstərməsi və ya təmir işləri həyata keçirməsi artıq sahibkarlıq fəaliyyətidir.
2021-ci ilin aprel ayında satışda olacaq kitablar:
1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat (Satışına start verilib)
2) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı davam edir)
5) Vergi Məsələləri: Testlər - qiymət 35 (30) manat
6) Əmək Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat
7) Əmək Münasibətləri: Testlər - qiymət 35 (30) manat
Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.
Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.
Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]
0 Komment
Şərh yazın