Vergi Məcəlləsindəki “könüllü açıqlama” anlayışının izahı

Vergi Məcəlləsindəki “könüllü açıqlama” anlayışının izahı

Satışı davam edən “Vergi Məcəlləsi.Ümumi hissənin izahı” kitabından seçmə

13.2.49-2. könüllü açıqlama

Vergi Məcəlləsində təsbit olunan maraqlı məsələlərdən biri də, vergi ödəyicisinin səyyar vergi yoxlaması başa çatqıdan sonra könüllü açıqlama etməsidir. Vergi Məcəlləsinin 13.2.49-2-ci maddəsinə əsasən, könüllü açıqlama səyyar vergi yoxlaması başa çatdıqdan sonra yoxlama zamanı aşkar edilməyən və vergi öhdəliyinin, habelə məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə öhdəliyin yaranmasına səbəb olan halların vergi ödəyiciləri tərəfindən vergi orqanlarına könüllü olaraq bəyan edilməsidir.

Könüllü açıqlamanın vergi ödəyicisi üçün üstünlüyü odur ki, bu halda vergi ödəyicisinə hər hansı maliyyə sanksiyası və ya penya hesablanmır, vergi ödəyicisi yalnız könüllü açıqlama üzrə müəyyən edilən vergi borcunu ödəyir.

Misal. Vergi ödəyicisi səyyar vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanlarına təqdim olunan müvafiq hesabat formasında bəyan edir ki, 20 000 manatlıq məcburi dövlət sosial sığorta haqqı, 3000 manatlıq işsizlikdən sığorta haqqı və 1000 manatlıq vergini öncəki hesabatlarda qeyd etməyib. Bu zaman vergi ödəyicisi könüllü açıqlama verdiyi üçün, vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 58.1-ci maddəsi üzrə azaldılmış və ya yayındırılmış məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilməyəcək. Həmçinin, Vergi Məcəlləsinin 59.1-ci maddəsinə uyğun olaraq, ödəmə müddətindən sonrakı hər bir ötmüş günü üçün bəyan edilməyən məbləğin 0,1 faizi məbləğində faiz hesablanması da həyata keçirilməyəcək. Vergi ödəyicisi bəyan etdiyi 20 000 manatlıq məcburi dövlət sosial sığorta haqqı, 3000 manatlıq işsizlikdən sığorta haqqı və 1000 manatlıq vergini ödəməklə məsuliyyət tədbirlərindən qurtulmuş olacaq.

Bu prosesdə maraqlı məqam vergi ödəyicisinə könüllü açıqlama imkanının səyyar vergi yoxlamasından sonra verilməsidir. Etiraf edək ki, bu cür halların baş verməsi real deyil. Çünki vergi ödəyicisinin öncəki 3 illik dövrü ilə bağlı vergi orqanının yoxlama zamanı aşkar etmədiyi vergi öhdəliyini könüllü bəyan etməsi real görünmür. Amma təcrübədə mümkündür ki, üçüncü şəxslərdə aparılan yoxlamalar zamanı vergi ödəyicisi ilə bağlı vergidən yayınma halları aşkar edilsin. Bu zaman vergi ödəyicisi könüllü açıqlama edərək həm maliyyə sanksiyasından azad olar, həm də növbədənkənar vergi yoxlamalarına əsas verməyə bilər.

 

2021-ci ilin aprel ayında satışda olacaq kitablar:

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı davam edir)

5) Vergi Məsələləri: Testlər - qiymət 35 (30) manat

6) Əmək Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat

7) Əmək Münasibətləri: Testlər - qiymət 35 (30) manat

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər