Xidmət sektorunda sadələşdirilmiş vergi ödəyicisi kimi çalışmaq mümkündür?

Xidmət sektorunda sadələşdirilmiş vergi ödəyicisi kimi çalışmaq mümkündür?

Satışı davam edən “Vergi uçotu: A-dan Z-yə” kitabından seçmə

Bölmənin əvvəlində qeyd etdiyimiz kimi, 1 yanvar 2020-ci ildən Vergi Məcəlləsində xidmət sektoru ilə bağlı edilən dəyişiklik də ən çox müzakirə olunan məsələlərdəndir. Fikrimizcə, həmin dəyişiklikdə məqsədin xidmət müqaviləsi ilə çalışanların əmək müqaviləsinə cəlb edilməsi olsa da, bu baxımdan dəyişiklik o qədər də effektli olmadı.

1 yanvar 2020-ci ildən Vergi Məcəlləsinə əlavə edilən 218.6.2-ci maddəyə əsasən,  Məcəllənin 218.5.10-cu maddəsinin müddəalarından asılı olmayaraq vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər tərəfindən əhaliyə xidmətlə yanaşı, hüquqi şəxslərə və vergi ödəyicisi kimi vergi orqanında uçotda olan fiziki şəxslərə xidmətlərin göstərilməsi həyata keçirilirsə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi xidmətlərin göstərilməsi üzrə ümumi əməliyyatların (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda sadələşdirilmiş vergi metodunu tətbiq etmək hüququ saxlanılır.

Misallarla izah edək:     

Mİsal 1. Fiziki və ya hüquqi şəxs olan vergi ödəyicisinin 2021-ci ilin 1-ci rübü ərzində göstərdiyi xidmətin ümumi məbləği 30 000 manatdır.Vergi ödəyicisi rüb ərzində vergi ödəyicisi olan hüquqi və fiziki şəxslərə 8000 manatlıq xidmət göstərib. Bu cür xidmətlərin xüsusi çəkisi 26,67 faiz ((8000 manat / 30 000 manat) x 100 faiz) təşkil etdiyi üçün vergi ödəyicisi məcburi olaraq gəlir (mənfəət) vergisi ödəyicisinə çevrilmir, sadələşdirilmiş vergi ödəyicisi kimi qalır.

Mİsal 2. Fiziki və ya hüquqi şəxs olan vergi ödəyicisi 2020-ci ilin 1-ci rübü ərzində 20 000 manatlıq xidmət göstərib. Onun 7 500 manatlıq hissəsi vergi ödəyicisi olan hüquqi və fiziki şəxslərə göstərilib. Bu cür xidmətlərin xüsusi çəkisi 37,50 faiz ((7 500 manat / 20 000 manat) x 100 faiz) olduğu üçün vergi ödəyicisi sadələşdirilmiş vergi ödəyici olmaq hüququnu itirir. O,  2021-ci ilin birinci rübündən məcburi olaraq gəlir (mənfəət) vergisi ödəyicisi kimi qeydiyyata alınmalıdır.

 

2021-ci ilin aprel ayında satışda olacaq kitablar:

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı davam edir)

5) Vergi Məsələləri: Testlər - qiymət 35 (30) manat

6) Əmək Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat

7) Əmək Münasibətləri: Testlər - qiymət 35 (30) manat

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər