Kameral vergi yoxlaması hesabat təqdim edildikdən sonra nə qədər müddətə aparıla bilər?
Satışı davam edən “Vergi uçotu: A-dan Z-yə” kitabından seçmə
Öncəki dövrlərdə rast gəlinən hallardan biri də, vergi bəyannaməsini təqdim etdikdən bir neçə ay sonra vergi orqanı tərəfindən kameral məktubların göndərilməsi idi. Vergi orqanları bunu belə əsaslandırırdı ki, 3 il ərzində kameral yoxlama hüququna malikdir. 1 yanvar 2017-ci ildə Vergi Məcəlləsində edilən dəyişiklikdən sonra kameral vergi yoxlamasının tavan müddəti müəyyən olunub. Həmin dəyişiklikdən sonra vergi orqanları vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günündən artıq müddətdən sonra kameral vergi yoxlaması həyata keçirə bilməz.
Mİsal. “A” MMC 2019-ci il üzrə Mənfəət vergisi bəyannaməsini 31 mart 2019-cu il tarixdə təqdim edib. Vergi qanunvericiliyinə uyğun olaraq, vergi orqanı 30 iş günü ərzində kameral vergi yoxlamasını başa çatdırmalıdır. Misal üçün, 10 iyun 2019-cu il tarixdə təqdim olunan bəyannaməyə kameral vergi məktubu göndərilibsə, bu vergi qanunvericiliyinə ziddir.
Çünki Vergi Məcəlləsinin 37.2-ci maddəsinə əsasən, kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz.
Məlumat üçün bildirək ki, mənfəət (gəlir) vergisi bəyannaməsi üzrə kameral vergi yoxlaması müddətinin 30 iş günündən 90 iş gününə qədər artırılması da müzakirə obyektidir.
2021-ci ilin aprel ayında satışda olacaq kitablar:
1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat (Satışına start verilib)
2) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı davam edir)
5) Vergi Məsələləri: Testlər - qiymət 35 (30) manat
6) Əmək Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat
7) Əmək Münasibətləri: Testlər - qiymət 35 (30) manat
Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.
Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.
Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]
0 Komment
Şərh yazın