Vergi ödəyicisi hansı şəxslərə limit nəzərə alınmadan ödəniş edə bilər?

Vergi ödəyicisi hansı şəxslərə limit nəzərə alınmadan ödəniş edə bilər?

Satışı davam edən “Vergi uçotu: A-dan Z-yə” kitabından seçmə

Qeyd etdiyimiz kimi, aylıq 15 000 və 30 000 manatlıq limit “Nağdsız hesablaşmalar” haqqında Azərbaycan Respublikası Qanununun 3.5-ci maddəsinin tələbləri nəzərə alınmadan tətbiq edilir. Qanunun 3.5.-ci maddəsində qeyd edilir ki, vergi ödəyiciləri tərəfindən vergi ödəyicisi olmayan fiziki şəxslərdən aşağıdakı mallar nağd qaydada satın alına bilər:

- Kənd təsərrüfatı məhsullarının istehsalçılarından kənd təsərrüfatı məhsullarının qəbulu;

 - Əlvan və qara metal qırıntılarının qəbulu;

- Utilizasiya və digər məqsədlər üçün kağız, şüşə və plastik məmulatların qəbulu;

- Utilizasiya məqsədləri üçün işlənmiş şinlərin qəbulu;

 - xam dərinin tədarükü (alışı).

Mİsal 1. “A” MMC kənd təsərrüfatı məhsullarının istehsalçısından 50 000 manatlıq məhsulu nağd qaydada alır. Məbləğin 30 000 manatdan çox olmasına baxmayaraq, bu əməliyyat nağdsız hesablaşma qaydasını pozmur.

Bu maddədə diqqət çəkən məqam odur ki, qarşı tərəf vergi ödəyicisi olmasın. Əgər “A” MMC-nin 50 000 manatlıq kənd təsərrüfatı məhsulu aldığı şəxs vergi ödəyicisidirsə, o zaman qanunun tələbləri pozulmuş hesab olunacaq. Eyni misal əlvan və qara metal qırıntıları, utilizasiya və digər məqsədlər üçün kağız, şüşə və plastik məmulatları və utilizasiya məqsədləri üçün işlənmiş şinlərin qəbuluna da aiddir.

Bir məsələni də qeyd edək ki, Vergi Məcəlləsinə 1 yanvar 2019-cu il tarixdən edilən dəyişikliyə əsasən, yuxarıda qeyd edilən malların (kənd təsərrüfatı istehsalçısından alınan kənd təsərrüfatı məhsulu istisna olmaqla) alınması zamanı ödəmə mənbəyində 2 faiz vergi tutulur.

Mİsal 2. “A” MMC vergi ödəyicisi olmayan fiziki şəxslərdən 40 000 manatlıq əlvan və qara metal qırıntılarını qəbul edirsə, o zaman həmin şəxslərdən ödəmə mənbəyində 800 manat (40 000 manat x 2 faiz)  vergi tutaraq dövlət büdcəsinə ödəməlidir.

 

2021-ci ilin aprel ayında satışda olacaq kitablar:

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı davam edir)

5) Vergi Məsələləri: Testlər - qiymət 35 (30) manat

6) Əmək Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat

7) Əmək Münasibətləri: Testlər - qiymət 35 (30) manat

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər