Xarici valyutada əməliyyatlarla bağlı Vergi Məcəlləsinin 69.1-ci maddəsinin izahı
Satışı davam edən “Vergi Məcəlləsi. Ümumi hissənin izahı” kitabından seçmə
Vergi Məcəlləsinin 69.1-ci maddəsinə əsasən, xarici valyuta ilə aparılan və vergiyə cəlb etməyə aid olan hər hansı əməliyyat onun həyata keçirildiyi gün Azərbaycan Respublikasının Mərkəzi Bankının rəsmi mübadilə məzənnəsi ilə manatla hesablanır.
Maddədən göründüyü kimi, xarici valyuta ilə bağlı əməliyyatlar zamanı yalnız Mərkəzi Bankının rəsmi mübadilə məzənnəsinə istinad olunur.
Qeyd edək ki, Mərkəzi Bankın rəsmi veb saytı olan https://www.cbar.az -da cari və əvvəlki gün(lər) üzrə rəsmi məzənnə ilə tanış olmaq mümkündür.
Mİsal 1. Vergi ödəyicisi 14 dekabr 2020-ci il tarixdə 5000 dollar məbləğində vəsaiti qeyri-rezidentə ödəyib. Mərkəzi Bankın rəsmi məlumatına əsasən həmin gün üçün dolların manata məzənnəsi 1,70 manat olduğu üçün, vergi ödəyicisi həmin vəsaiti mühasibat uçotunda 8500 manat (5000 dollar x 1.7 (məzənnə)) kimi nəzərə alacaq.
Mİsal 2. Vergi ödəyicisi marketinq xidməti göstərən qeyri-rezidentə 4000 avro vəsait ödənilməsi ilə bağlı müqavilə bağlayıb. Vergi qanunvericiliyinə əsasən, həmin məbləğə uyğun ödəmə mənbəyində vergi (10 faiz) və ƏDV (18 faiz) hesablanaraq dövlət büdcəsinə ödənilməlidir. Bu halda hesablanacaq məbləğ 4444,44 avro (4000 avro / 0.90) olacağından ödəmə mənbəyində vergi 444,44 avro (4444,44 avro x 10 faiz) və ƏDV məbləği isə 800 avro (4444,44 avro x 18 faiz) təşkil edir. Vergi ödəyicisi ödənişi 15 dekabr 2020-ci ildə etdiyindən, Mərkəzi Bankda həmin günə avronun manata məzənnəsi - 2.0652 əsas götürüləcək.
Hesablanmış məbləğ – 4444,44 avro x 2.0652= 9178.66 manat
Ödəmə mənbəyində vergi – 444.44 avro x 2.0652= 917,86 manat
ƏDV məbləği – 800 avro x 2.0652 = 1652.16 manat
2021-ci ilin aprel ayında satışda olacaq kitablar:
1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat (Satışına start verilib)
2) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı davam edir)
5) Vergi Məsələləri: Testlər - qiymət 35 (30) manat
6) Əmək Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat
7) Əmək Münasibətləri: Testlər - qiymət 35 (30) manat
Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.
Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.
Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]
0 Komment
Şərh yazın