Vergi Məcəlləsində müddətin sonuncu günü necə müəyyən edilir? (Misallarla izah)
Satışı davam edən “Vergi Məcəlləsi. Ümumi hissənin izahı” kitabından seçmə
Vergi Məcəlləsinin 68.2-ci maddəsinə əsasən, hər hansı müddət bu Məcəllədə göstərilən dövrün sonuncu gününün axırında bitir. Bu Məcəllədə nəzərdə tutulan hər hansı müddət qeyri-iş gününə təsadüf edərsə, həmin müddət onun ardınca gələn ən yaxın növbəti iş gününə keçir.
Müddətin bitməsinin tənzimlənməsi paralel olaraq Mülki Məcələninin 370 və 372-ci maddələri ilə də tənzimlənir. Mülki Məcəllənin 370.2-ci maddəsinə əsasən, əgər müddətin sonuncu günü qeyri-iş gününə düşürsə, ondan sonrakı iş günü müddətin qurtardığı gün sayılır.
Mİsal 1. Vergi Məcəlləsinin 221.3-cü maddəsinə əsasən, sadələşdirilmiş verginin ödəyiciləri hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq ödənilməli olan verginin məbləği haqqında vergi orqanlarına bəyannamə verir və həmin müddətdə vergini dövlət büdcəsinə ödəyirlər. Vergi ödəyicisi 2020-ci ilin 4-cü rübü üzrə vergi hesabatını 20 yanvar 2021-ci ildən gec olmayaraq təqdim etməlidir. Əmək Məcəlləsinin 106-cı maddəsinə əsasən, hər il yanvarın 20-si — Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsini yad etmə günü — ümumxalq hüzn günü hesab edildiyi üçün qeyri-iş günü kimi nəzərə alınır. Vergi Məcəlləsinin 68.2-ci maddəsinə əsasən, nəzərdə tutulan hər hansı müddət qeyri-iş gününə təsadüf etdikdə, həmin müddət onun ardınca gələn ən yaxın növbəti iş gününə keçirildiyindən artıq vergi ödəyicisi 20 yanvar yox, 21 yanvar 2021-ci il tarixdən gec olmayaraq bəyannamə verir.
Mİsal 2. Vergi Məcəlləsinin 177.2-ci maddəsinə əsasən, ƏDV bəyannaməsi hər hesabat dövrü üçün, hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq təqdim edilir. Vergi ödəyicisi 2021-ci ilin fevral ayı üzrə bəyannaməni 20 martdan gec olmayaraq təqdim etməli olsa da, 20-24 mart 2021-ci il Novruz bayramına, həmçinin bəzi bayram günləri şənbə və bazar gününə təsadüf etdiyi üçün vergi ödəyicisi növbəti hesabatı 28 mart 2021-ci il tarixdən gec olmayaraq təqdim etməlidir.
2021-ci ilin aprel ayında satışda olacaq kitablar:
1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat (Satışına start verilib)
2) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı davam edir)
5) Vergi Məsələləri: Testlər - qiymət 35 (30) manat
6) Əmək Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat
7) Əmək Münasibətləri: Testlər - qiymət 35 (30) manat
Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.
Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.
Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]
0 Komment
Şərh yazın