Vergi ödəyicisinə malların təqdimi zamanı hansı hallarda maliyyə sanksiyası tətbiq edilə bilər?

Vergi ödəyicisinə malların təqdimi zamanı hansı hallarda maliyyə sanksiyası tətbiq edilə bilər?

Satışına start verilən “Vergi uçotu: A-dan Z-yə” kitabından seçmə

Vergi Məcəlləsinin 58.13-cü maddəsinə uyğun olaraq malların təqdim edilməsi zamanı aşağıdakı hallarda maliyyə sanksiyaları tətbiq edilə bilər:

- Vergi Məcəlləsinə əsasən, elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə görə

Vergi nəzarəti tədbirləri zamanı məlum olur ki, topdansatış fəaliyyəti ilə məşğul olan vergi ödəyicisinin “Dadlı” adı altında satdığı məhsullar digər vergi ödəyicisinin satış müəssisəsində aşkarlanıb. Amma məlum olub ki, 40 000 manat mallar üçün topdansatış müəssisəsi elekton qaimə-faktura təqdim etməyib.

Bu halda malları təqdim edən topdansatış fəaliyyəti ilə məşğul olan vergi ödəyicisinə, yəni malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Misalımıza uyğun olaraq eyni məbləğ üzrə təkrar halların baş vermə müddətindən asılı olaraq 4000 manat (40 000 manat x 10 faiz), 8000 manat (40 000 manat x 20 faiz) və 16 000 manat (40 000 manat x 40 faiz) məbləğində maliyyə sanksiyası tətbiq edilə bilər.

 - Malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə

Vergi nəzarəti tədbirləri zamanı topdansatış fəaliyyəti ilə məşğul olan vergi ödəyicisinə aid nəqliyyat vasitəsində 30000 manatlıq malın sənədi yoxdur. Vergi ödəyicisi iddia edir ki, həmin mallar əvvəlcədən sifariş olunmadığı üçün digər vergi ödəyicislərinə elektron qaimə-faktura göndərmək mümkün olmayıb. Vergi Məcəlləsinin və qaydaların tələblərinə əsasən, təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturası tərtib edilməlidir. Əvvəlcədən sifariş edilmədən təqdim edilməsi nəzərdə tutulan mallar üçün həmin sənədin olmamasına görə vergi ödəyicisinə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

 

2021-ci ilin aprel ayında satışda olacaq kitablar:

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı davam edir)

5) Vergi Məsələləri: Testlər - qiymət 35 (30) manat

6) Əmək Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat

7) Əmək Münasibətləri: Testlər - qiymət 35 (30) manat

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər