Vergi orqanı hansı hallarda 1000 manat maliyyə sanksiyası tətbiq edir? (3 HAL və 4 MİSALLA İZAH)
Satışı davam edən "Vergi Məcəlləsi. Ümumi hissənin izahı" kitabından seçmə
Vergi Məcəlləsinin 57.3-ci maddəsinə əsasən, Bu Məcəllənin 23.1.2-ci və 23.1.2-1-ci maddələrində göstərilən sənədlərin (o cümlədən elektron formatda məlumatların) müəyyən edilmiş müddətlərdə təqdim edilməməsinə və ya bilərəkdən təhrif olunmaqla təqdim edilməsinə, o cümlədən vergi orqanlarının bu Məcəllənin 42.4-cü maddəsinə əsasən edilmiş müraciətinin həmin maddədə göstərilən müddətdə icra edilməməsinə, habelə sənədlərin və ya məlumatların bu Məcəllənin 71.4-cü maddəsi ilə müəyyən edilmiş müddətdə üzrlü səbəb olmadan saxlanılmamasına görə vergi ödəyicisinə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.
Madddədən göründüyü kimi, 1000 manat məbləğində maliyyə sanksiyası 3 halda tətbiq edilir.
Birinci hal. Vergi Məcəlləsinin 23.1.2-ci maddəsinə əsasən, vergi orqanı vergi ödəyicilərində yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda elektron auditin məqsədləri üçün vergi ödəyicisinin və onun filiallarının elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək hüququna malikdir.
Misal 1. Vergi orqanı səyyar vergi yoxlaması zaman yoxlama ilə bağlı vergi ödəyicisindən və ya onun vəzifəli şəxslərindən izahat almaq istəyəndə həmin şəxslər imtina edərsə, o zaman vergi orqanı vergi ödəyicisinə 1000 manat məbləğində cərimə tətbiq etmək hüququna malikdir.
Misal 2. Vergi ödəyicisi kameral vergi yoxlaması zamanı bəyannamədə yaranan kənarlaşmaya aid vergi ödəyicisindən lazımi məlumat istədiyi halda, vergi ödəyicisi onu təqdim etmədikdə, Vergi Məcəlləsinin 57.3-cü maddəsindəki maliyyə sanksiyası tətbiq olunmayacaq.
İkinci hal. Vergi Məcəlləsinin 23.1.2-1-ci maddəsinə əsasən, vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən şəxslərdən həmin müqavilənin tələblərindən irəli gələn sənədləri və məlumatları elektron və (və ya) kağız daşıyıcılarda tələb etmək hüququna malikdir.
Vergi Məcəllənin 42.4-cü maddəsinə uyğun olaraq edilmiş müraciətin həmin maddədə göstərilən müddətdə icra edilməməsinə görə maliyyə sanksiyası hesablanır.
Vergi Məcəlləsinin 42.4-ci maddəsinə əsasən, vergi nəzarətinin həyata keçirilməsi və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən daxil olmuş sorğuların icrası ilə bağlı zəruri olan sənədlər və ya onların lazımi qaydada təsdiq edilmiş surətləri vergi orqanının müraciətinə əsasən 10 iş günü müddətində təqdim edilməlidir.
Misal 3. Vergi orqanı vergi ödəyicisinə məlumat göndərir ki, Məcəllənin 42.4-cü maddəsinə əsasən, vergi nəzarətinin həyata keçirilməsi və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən daxil olmuş sorğuların icrası ilə bağlı zəruri olan sənədlərin surətini təqdim etsin. Vergi ödəyicisi həmin sənədləri 10 iş günündən gec təqdim etdiyi halda, vergi orqanı Vergi Məcəlləsinin 57.3-ci maddəsini əsas tutaraq ona 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edə bilər.
Üçüncü hal. Vergi Məcəlləsinin 71.4-cü maddəsinə əsasən, mühasibat uçotu sənədləri, o cümlədən elektron və (və ya) kağız formatda məlumatlar tam oxunaqlı şəkildə 5 ildən az olmamaqla qanunla müəyyən edilmiş müddətdə saxlanmalıdır.
Misal 4. Vergi orqanının 2014-cü il tarixdən fəaliyyyət göstərən vergi ödəyicisində keçirdiyi yoxlama zamanı məlum olur ki, onda yalnız 2018 və 2019-cu illər üzrə sənədlər mövcuddur. 2020-ci ildə yoxlama həyata keçirən vergi orqanı bu zaman vergi ödəyicisinə Vergi Məcəlləsinin 57.3-cü maddəsinə əsasən 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edə bilər.
2021-ci ilin mart ayında satışda olacaq kitablar:
1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat (Satışına start verilib)
2) Vergi Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat
3) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
4) Vergi Məsələləri: Testlər - qiymət 35 (30) manat
5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)
6) Əmək Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat
7) Əmək Münasibətləri: Testlər - qiymət 35 (30) manat
8) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı davam edir)
Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.
Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir. Test nəşrləri üçün CD-diskdə onlayn test yerləşdirilib.
Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]
0 Komment
Şərh yazın