Kameral vergi yoxlamasının müddətində 30 iş günü məsələsinin 3 misalla izahı
Satışı davam edən “Vergi Məcəlləsi. Ümumi hissəsinin izahı” kitabından seçmə
İndi isə, kameral vergi yoxlamasının müddəti məsələsinə aydınlıq gətirək. Vergi Məcəlləsinin 37.2-ci maddəsinin birinci abzasına əsasən, kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir.
Vergi Məcəlləsinin 72-ci maddəsi vergi hesabatının tərtib edilməsi və verilməsi qaydasını tənzimləyir ki, vergi ödəyicisi bəyannaməni şəxsən, rabitə təşkilatına (poçta) təhvil verilməsi və ya müvafiq qanunvericiliyə uyğun olaraq elektron sənəd formasında göndərə bilər.
İndi isə maddədə qeyd edilən 30 iş günü məsələsinə aydınlıq gətirək. Öncəliklə bildirək ki, əvvəllər bu müddət iş yox, təqvim günü ilə müəyyən edilirdi. Son dəyişikliklərdən sonra artıq vergi orqanı 30 iş günü ərzində kameral vergi yoxlaması həyata keçirə bilər. Maraqlıdır ki, kameral vergi yoxlamasının müddəti vergi ödəyicisi tərəfindən təqdim edilən vergi hesabatının tipindən asılı olmayaraq 30 iş günü müəyyən edilib. Vergi ödəyicisi tərəfindən təqdim edilən mənfəət(gəlir) və ya sadələşdriilmiş vergi bəyannaməsində qeyd edilən məlumatların həcminin fərqli olmasına baxmayaraq, vergi orqanı tərəfindən kameral yoxlamasının müddəti 30 iş günü müəyyən edilib.
Mİsal 1. Vergi ödəyicisi 2019-cu il üzrə Mənfəət vergisi bəyannaməsini 31 mart 2020-ci ildə təqdim edib. Vergi orqanı 30 iş günü ərzində kameral vergi yoxlamasını həyata keçirməlidir. Həmin müddət bitdikdən sonra vergi orqanı kameral yoxlama keçirə bilməz.
Mİsal 2. Vergi ödəyicisi 2020-ci ilin 3-cü rübü üzrə Sadələşdirilmiş vergi bəyannaməsini 20 oktyabr 2020-ci ilə qədər təqdim etmək hüququna malik olsa da, 10 oktyabr 2020-ci il tarixdə təqdim edir. Bəzi həmkarlarımızın fikrincə, kameral yoxlama üçün 30 iş günü müddəti bəyannamənin təqdiminin son tarixindən hesablanmalıdır. Amma Vergi Məcəlləsinin 37.2-ci maddəsində istinad olunan Məcəlləninin 72-ci maddəsi bəyannamənin təqdiminin son tarixi yox, düzgün qaydada tərtibi ilə bağlıdır. O səbəbdən də kameral vergi yoxlaması üçün vergi orqanına təqdim edilən bəyannamənin tarixi əsas götürülür.
Mİsal 3. Vergi orqanı vergi ödəyicisinin 10 oktyabr 2020-ci il tarixdə təqdim etdiyi bəyannaməyə 15 oktyabr 2020-ci il tarixdə kameral uyğunsuzluq göndərib. Vergi ödəyicisi 25 oktyabr 2020-ci il tarixdə dəqiqləşdirilmiş bəyannamə təqdim edib. Dəqiqləşdirilmiş bəyannamə təqdim edildiyi halda, kameral vergi yoxlmasının müddəti yenidən 30 iş günü artırılır.
2021-ci ilin mart ayında satışda olacaq kitablar:
1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat (Satışına start verilib)
2) Vergi Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat
3) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
4) Vergi Məsələləri: Testlər - qiymət 35 (30) manat
5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)
6) Əmək Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat
7) Əmək Münasibətləri: Testlər - qiymət 35 (30) manat
8) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı davam edir)
Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.
Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir. Test nəşrləri üçün CD-diskdə onlayn test yerləşdirilib.
Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]
0 Komment
Şərh yazın