1 yanvar 2021-ci ildən icbari tibbi sığorta haqqının hesablanmasına əsas verən sənəd hansıdır?

1 yanvar 2021-ci ildən icbari tibbi sığorta haqqının hesablanmasına əsas verən sənəd hansıdır?

Satışı davam edən “Vergi uçotu: A-dan Z-yə” kitabından seçmə

30 mart 2020-ci il tarixli, 32-VIQD saylı “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə AR Qanununa əsasən, “Tibbi sığorta haqqında” AR Qanununda 4 halda tarix dəyişdirilib.

Birincisi, icbari tibbi sığorta ölkənin inzibati ərazi vahidləri üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş ardıcıllıq nəzərə alınmaqla, 2020-ci ildə yox, 2021-ci ildə  tamamlanmaq şərtilə mərhələli şəkildə tətbiq olunur.

İkincisi, əmək haqqının 8000 manatadək hissəsindən ödənilən sığorta haqqının məbləğinə neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sahələr üzrə 2022-ci il yanvarın 1-dək 50 faiz güzəşt tətbiq edilir.

Üçüncüsü, Qanunun 15-9.1.6-cı, 15-10.1.2-ci, 15-10.1.3-cü, 15-10.1.4-cü, 15-10.1.6-cı, 15-17.2.3-cü, 15-18-ci maddələri, habelə müştərək maliyyələşmə məbləğinə aid hissələrdə 15-28.3-cü və 15-28.4-cü maddələri 2020-ci il aprelin 1-dən yox, 2021-ci il yanvarın 1-dən qüvvəyə minir.

Dördüncüsü, bəzi sığortaolunanlar üzrə minimum aylıq əmək haqqının 48 faizi qədər sığorta haqqı 2023-cü il yox, 2024-cü il yanvarın 1-dən hesablanacaq.

 

2021-ci ilin mart ayında satışda olacaq kitablar:

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat

3) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

4) Vergi Məsələləri: Testlər - qiymət 35 (30) manat

5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat

7) Əmək Münasibətləri: Testlər - qiymət 35 (30) manat

8) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı davam edir)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir. Test nəşrləri üçün CD-diskdə onlayn test yerləşdirilib.

 

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər