Qaydalara əsasən xəzinədarın əvəz edilə bilməsi necə həyata keçirilməlidir?
Satışı davam edən “Vergi uçotu: A-dan Z-yə” kitabdından seçmə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 sentyabr 2020-ci il tarixli, 365 nömrəli Qərarı ilə təsdiq olunan “Vergi ödəyicilərində nağd pul vəsaitinin uçotu və kassa əməliyyatlarının aparılması ın 4.11-ci maddəsinə əsasən, xəzinədar tərəfindən ona həvalə edilmiş işlər yalnız onun tərəfindən icra edilir. Xəzindarın əvəz edilməsi prosesinə gəlincə isə, qaydanın 4.12-ci maddəsində qeyd edilir ki, vergi ödəyicilərində xəzinədarın əvəz edilməsi zamanı onun vəzifəsinin icrası vergi ödəyicisinin rəhbərinin əmri ilə başqa işçiyə həvalə edilir. Xəzinədar vəzifəsinin icrası həvalə edilmiş işçi ilə tam maddi məsuliyyət barədə fərdi müqavilə bağlanılır.
Xəzinədarın əvəz edilməsi ilə bağlı müəyyən məhdudiyyət də nəzərdə tutulub. Belə ki, qaydanın 4.13-cü maddəsinə əsasən, kassa sənədlərini imzalamaq hüququna malik olan mühasiblər xəzinədar vəzifəsini icra edə bilməz.
Maraqlıdır ki, xəzinədar ştatı olmayan vergi ödəyicilərində proses necə həyata keçirilməlidir. Qaydada qeyd edilir ki, xəzinədar ştatı olmayan vergi ödəyicisində kassa əməliyyatlarının yerinə yetirilməsi vergi ödəyicisinin rəhbərinin əmri ilə başqa işçiyə həvalə edilir və onunla tam maddi məsuliyyət barədə fərdi müqavilə bağlanılır.
2021-ci ilin mart ayında satışda olacaq kitablar:
1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat (Satışına start verilib)
2) Vergi Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat
3) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
4) Vergi Məsələləri: Testlər - qiymət 35 (30) manat
5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)
6) Əmək Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat
7) Əmək Münasibətləri: Testlər - qiymət 35 (30) manat
8) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı davam edir)
Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.
Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir. Test nəşrləri üçün CD-diskdə onlayn test yerləşdirilib.
Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]
1 Komment
Elnur 18 Mart 2021
salam . Şirkətdə direktor, baş mühasib, montajçı və qaynaqçı işçiləri var isə bu işçilərdən hansı xəzinədar vəzifəsini icra edə bilər?
Şərh yazın