Mənfəət vergisi bəyannaməsinin verilmə müddəti uzadıla bilər?

Mənfəət vergisi bəyannaməsinin verilmə müddəti uzadıla bilər?

Satışı davam edən "Vergi uçotu: A-dan Z-yə" kitabından seçmə

Vergi Məcəlləsinin 74.1-ci maddəsinə əsasən, hesabatın verilmə müddəti başa çatanadək vergi ödəyicisi gəlir vergisinin və ya mənfəət vergisinin hesabatının verilməsi müddətinin uzadılması barədə müraciət edirsə və bu zaman ödənilməli olan verginin məbləğini tamamilə ödəyirsə, hesabatın verilməsi müddəti üç ayadək uzadılmış hesab olunur. Bu maddəyə uyğun olaraq müddətin uzadılması verginin ödənilməsi müddətini dəyişdirmir.
Maddədə vergi ödəyicilərinin diqqət yetirməli olduğu 3 məqam var.
Birincisi, hesabatın verilməsi müddətinin uzadılması bütün vergi hesabatlarına şamil olunmur. Maddədən göründüyü kimi, yalnız mənfəət və ya gəlir vergisi bəyannamələri üzrə vergi hesabatının müddətinin uzadılması ilə bağlı müraciət edə bilərlər.
İkincisi, hesabatın müddətinin uzadılması üçün mütləq mənfəət (gəlir) vergisi tam ödənilməlidir. Burada müddətin uzadılması verginin ödənilməsi müddətinin artırılması anlamına gəlmir. Vergi ödəyicisi hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi ödəməsini həyata keçiriməlidir.
Üçüncüsü, vergi hesabatının uzadılmasının maksimum müddəti müəyyənləşdirilib. Vergi orqanı vergi ödəyicisinin müraciətinə əsasən, 3 aydan çox olmayan müddətə hesabatın verilməsi müddətini artıra bilər.
Vergi Məcəlləsinin 74.2-ci maddəsinə əsasən, hesabat üzrə hesablanmış verginin məbləği ödənilmiş məbləğdən artıq olduqda yaranan fərq verginin ödənilməsinin son müddəti günündən hesablanan faizlər nəzərə alınmaqla büdcəyə keçirilməlidir.
Mİsal. Vergi orqanı vergi ödəyicisinin müraciətinə əsasən, onun 2019-cu il üzrə mənfəət (gəlir) vergisi bəyannaməsinin verilməsi müddətini 3 ay uzadıb. Vergi orqanı 31 mart 2020-ci il tarixə 3000 manat məbləğində mənfəət (gəlir) vergisi ödəyib.
Vergi odəyicisinin təqdim etdiyi bəyannaməyə əsasən, 2019-cu il üzrə mənfəət (gəlir) vergisi 5200 manat təşkil edib. Bu zaman vergi orqanı 1 aprel 2020-ci il tarixdən etibarən Vergi Məcəlləsinin 59.1-ci maddəsinə əsasən, 2200 manatın (5200 manat – 3000 manat) 0.1 faiz məbləğində gündəlik faiz hesablayacaq.

 

2021-ci ilin mart ayında satışda olacaq kitablar:

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat

3) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

4) Vergi Məsələləri: Testlər - qiymət 35 (30) manat

5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat

6) Əmək Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat

7) Əmək Münasibətləri: Testlər - qiymət 35 (30) manat

8) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı davam edir)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir. Test nəşrləri üçün CD-diskdə onlayn test yerləşdirilib.

 

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər