Vergi ödəyicisinin təqdim etdiyi bəyannamə onun vergi mükəlləfiyyətinə necə təsir edir?
Satışı davam edən “Vergi Məcəlləsi. Ümumi hissəsinin izahı” kitabından seçmə
Həmkarlardan suallar daxil olur ki, vergi ödəyicisi hansı növ bəyannaməni və ya bəyannamələri vergi orqanına təqdim etməli olduğunu necə müəyyənləşdirməlidir? Qeyd edək ki, vergi ödəyicisinin təqdim etdiyi bəyannamə onun vergi mükəlləfiyyətinə uyğun müəyyənləşdirilir.
Mİsal 4. Sadələşdirilmiş vergi ödəyicisi 1 sentyabr 2020-ci il tarixdən ƏDV qeydiyyatına alınır. Bu zaman vergi ödəyicisinin vergi mükəlləfiyyətində dəyişiklik baş verir. Vergi ödəyicisi 2020-ci ilin 3-cü rübünün 2 ayı üzrə sadələşdirilmiş vergi bəyannaməsi təqdim etməli olur, həmçinin sentyabr ayı üzrə ƏDV bəyannaməsi təqdim etmək öhdəliyi yaranır. Vergi ödəyicisi iki bəyannamədən hər hansı birini təqdim etməzsə, o halda Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən cərimə tətbiq olunacaq. Sadələşdirilmiş vergi bəyannaməsi bağlanılmaqla vergi ödəyicisinin mənfəət (gəlir) vergisi mükəlləfiyyəti aktiv olur.
Mİsal 5. Gəlir (mənfəət) vergisi ödəyicisi olan şəxs 2019-cu ildə hər hansı əsas vəsaitə malik olmayıb. 2020-ci ilin sonuna vergi ödəyicisinin əmlakı olmasına baxmayaraq, bu haqda vergi orqanına bəyannamə təqdim etməyib. 2021-ci ilin may ayında vergi nəzarəti tədbirləri nəticəsində qeyd edilən hal aşkar edildikdə, 2019-cü il üzrə vergi ödəyicisinin əmlak vergisi mükəlləfiyyəti yaranmadığı üçün maliyyə sanksiyası tətbiq edilməyəcək. Amma 2020-ci il üzrə əmlak vergisi bəyannaməsi 31 mart 2021-ci il tarixinə kimi təqdim olunmadığı üçün Vergi Məcəlləsinin 57.1-ci maddəsinə görə 40 manat maliyyə sanksiyası tətbiq olunmalıdır.
2021-ci ilin mart ayında satışda olacaq kitablar:
1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat (Satışına start verilib)
2) Vergi Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat
3) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
4) Vergi Məsələləri: Testlər - qiymət 35 (30) manat
5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat
6) Əmək Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat
7) Əmək Münasibətləri: Testlər - qiymət 35 (30) manat
8) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı davam edir)
Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.
Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir. Test nəşrləri üçün CD-diskdə onlayn test yerləşdirilib.
Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]
0 Komment
Şərh yazın