Mənfəət (gəlir) vergisi bəyannaməsi hansı tarixlərdə təqdim edilməlidir?

Mənfəət (gəlir) vergisi bəyannaməsi hansı tarixlərdə təqdim edilməlidir?

Satışı davam edən “Vergi uçotu: A-dan Z-yə” kitabından seçmə

Vergi Məcəlləsinin 149.2-ci maddəsinə əsasən, mənfəət (gəlir) vergisinin ödəyiciləri  hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanlarına bəyannamə verirlər.

Hesabat dövründə vergi ödəyicisinin hansı müddətdə fəaliyyət göstərməsinin bəyannaməyə təsiri də fərqlidir.

Mİsal 1.  Vergi ödəyicisi 16 oktyabr 2020-ci il tarixdə mənfəət (gəlir) vergisi ödəyicisi kimi uçot alınıb. Bu halda vergi  ödəyicisi 2020-ci il üzrə fəaliyyəti haqqında hesabatı 2021-ci ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanına təqdim etməlidir.

Mümkündür ki, mənfəət vergisi ödəyicisi fəaliyyətini müvəqqəti dayandırmaqla bağlı vergi orqanına müraciət etsin. Vergi Məcəlləsinin 149.3-cü maddəsinə əsasən, vergi ödəyicisi Azərbaycan Respublikasında fəaliyyətini dayandırdıqda, habelə vergi ödəyicisi olan fiziki şəxsin fəaliyyətinə xitam verildikdə 30 gün müddətində vergi orqanlarına bəyannamə verməlidir. Bu maddənin məqsədləri üçün hesabat dövrü vergi ilinin əvvəlindən vergi ödəyicisi fəaliyyətini dayandırdığı və ya fiziki şəxsin fəaliyyətinə xitam verildiyi günə qədər olan dövrü əhatə edir.

Mİsal 2. Vergi ödəyicisi 10 sentyabr 2020-ci il tarixdə vergi orqanına müraciət edir ki, fəaliyyətini 5 il müddətinə müvəqqəti dayandırır. Bu halda vergi orqanı 2021-ci ilin martın 31-ni gözləməməlidir. Vergi ödəyicisi 1 yanvar – 10 oktyabr 2020-ci il tarixlərdəki əməliyyatlar üzrə mənfəət vergisi bəyannaməsini vergi orqanına təqdim etməlidir. Əks halda vergi orqanı tərəfindən vergi bəyannaməsinin təqdim edilməməsinə görə maliyyə sanksiyası tətbiq ediləcək.

 

2021-ci ilin mart ayında satışda olacaq kitablar:

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat

3) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

4) Vergi Məsələləri: Testlər - qiymət 35 (30) manat

5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat

6) Əmək Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat

7) Əmək Münasibətləri: Testlər - qiymət 35 (30) manat

8) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı davam edir)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir. Test nəşrləri üçün CD-diskdə onlayn test yerləşdirilib.

 

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər