Vergi orqanından mənfəət(gəlir) vergi bəyannaməsində qeyd ediləsi məbləğlərlə bağlı XƏBƏRDARLIQ
Mənfəət (gəlir) bəyannaməsini təqdim edərkən diqqət yetiriləsi məqamlar
Həmkarlarımızın verdiyi məlumata əsasən, vergi orqanı vergi ödəyicilərinin təqdim etdiyi mənfəət və ya gəlir vergisi bəyannaməsində muzdlu işçilərin əmək haqqının müəyyən hissəsinin ödənilməsi və (və ya) fərdi (mikro) sahibkarlara göstərilən maliyyə dəstəyinin qeyd edilməsi ilə balı xəbərdarlıq məktubu göndərib. Xəbərdarlıq məktubundan həmçinin, pandemiyadan əziyyət çəkən vergi ödəyicisinin digər fəaliyyətlər üzrə əldə edilən mənfəətə (gəlirə) Vergi Məcəlləsinin 224.1.2-ci maddəsində nəzərdə tutulmuş güzəşt və azadolmalar tətbiq edilməyəciyi də bildirilib.
Qeyd edək ki, təşkilatımızın nəşri olan “Vergi uçotu: A-dan Z-yə” kitabında həmin məlumatların mənfəət(gəlir) vergisi bəyannaməsində necə əks etdirilməsini haqqında misallarla izah verilib.
Ətraflı məlumat üçün, həmin xəbərdarlıq məktubunu təqdim edirik:
“Sahibkarlara verilmiş vəsaitlərin mənfəət və ya gəlir vergisi bəyannaməsinin gəlirlər bölməsində əks etdirilməsi barədə
X Ə B Ə R D A R L I Q - B İ L D İ R İ Ş
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 4 aprel 2020-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planının 2-ci və 3-cü bəndlərində müvafiq olaraq pandemiya dövründə iş yerlərinin azaldılmaması məqsədilə pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əmək haqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi nəzərdə tutulmuşdur.
Bununla əlaqədar olaraq, İqtisadiyyat Nazirliyinin 08.04.2020-ci il tarixli F-41 nömrəli əmri ilə “Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərə əmək haqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi qaydalarına dair Metodiki Göstəriş” (bundan sonra Metodiki Göstəriş) təsdiq edilmişdir.
Pandemiyadan zərər çəkmiş vergi ödəyicilərinə muzdlu işçilərin əməkhaqqının ödənilməsi məqsədilə dövlət tərəfindən verilən məbləğlər üzrə daxil olan vəsait vergi ödəyicisinin gəlirlərinə aid edilir.
Vergi Məcəlləsinin 219.1-ci maddəsinə əsasən hesabat dövrü ərzində vergi ödəyicisi tərəfindən (bu Məcəllənin 218.4-cü maddəsində nəzərdə tutulmuş vergi ödəyiciləri istisna olmaqla) təqdim edilmiş mallara (işlərə, xidmətlərə) və əmlaka görə əldə edilmiş ümumi hasilatın, habelə satışdankənar gəlirlərin (ödəmə mənbəyində vergi tutulmuş gəlirlər istisna edilməklə) həcmi vergitutma obyektidir.
Məlum olduğu kimi, Vergi Məcəlləsinin 224.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 222.5-ci maddəsində göstərilən fəaliyyəti həyata keçirən şəxslərə əldə edilən mənfəətin (gəlirin) 75 faizi miqdarında güzəşt və azadolmalar tətbiq edilir.
Bununla əlaqədar olaraq, 2020-ci il üzrə təqdim edilmiş (ediləcək) mənfəət və ya gəlir vergisi bəyannamələri üzrə pandemiyadan zərər çəkmiş sahələrlə yanaşı digər fəaliyyətlər üzrə əldə edilən mənfəətə (gəlirə) Vergi Məcəlləsinin 224.1.2-ci maddəsində nəzərdə tutulmuş güzəşt və azadolmalar tətbiq edilmədiyi, həmçinin 2020-ci il ərzində pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əmək haqqının müəyyən hissəsinin ödənilməsi üçün sahibkarlara verilmiş vəsaitlərin mənfəət və ya gəlir vergisi bəyannaməsinin gəlirlər bölməsində əks etdirilməsi Sizə bildirilir.
Qeyd olunanları nəzərə alaraq uyğunsuzluqların aradan qaldırılması məqsədi ilə ətraflı yazılı izahat məktubu, zəruri təsdiqedici sənədlər və ya uyğunsuzluqlar aradan qaldırmaqla müvafiq cari(dəqiqləşdirilmiş) vahid hesabatın 5 (beş) gün müddətində vergi orqanına təqdim etməyiniz tələb olunur.
Yuxarıda qeyd olunan sənədlər(məlumatlar) və ya müvafiq vahid hesabat vergi orqanına təqdim edilmədiyi halda Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə uyğun olaraq əlaqəli məlumatlar əsasında qanunvericiklə nəzərdə tutulmuş zəruri tədbirlər görüləcəkdir.”
2021-ci ilin mart ayında satışda olacaq kitablar:
1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat (Satışına start verilib)
2) Vergi Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat
3) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
4) Vergi Məsələləri: Testlər - qiymət 35 (30) manat
5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat
6) Əmək Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat
7) Əmək Münasibətləri: Testlər - qiymət 35 (30) manat
8) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı davam edir)
Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.
Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir. Test nəşrləri üçün CD-diskdə onlayn test yerləşdirilib.
Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]
0 Komment
Şərh yazın