Malların əvəzsiz qaydada verilməsi ƏDV-yə cəlb olunur?
Satışı yekunlaşmaqda olan “Vergi uçotu: A-dan Z-yə” kiatabından seçmə
- Vergi ödəyicisinin işçiləri də daxil olmaqla əvəzsiz qaydada malların verilməsi və işlərin (xidmətlər) görülməsi ƏDV-yə cəlb olunur.
Mİsal 1. ƏDV ödəyicisi qərar verir ki, 1 200 manatlıq malı əvəzsiz qaydada 3 işçisinə versin. Bu halda 1 200 manatlıq mal ƏDV-yə cəlb olunmalıdır.
Mİsal 2. ƏDV ödəyicisi fərdi sahibkar reklam xidməti ilə məşğul olur. Fərdi sahibkar qərar verir ki, su təminatı ilə məşğul olan “A” MMC-yə əvəzsiz olaraq 1 000 manatlıq reklam xidməti göstərsin. Artıq bu əməliyyat da ƏDV-yə cəlb olunan əməliyyat sayılır.
Barter əməliyyatı da ƏDV-yə cəlb olunan əməliyyat hesab edilir.
Mİsal. ƏDV ödəyicisi təmir xidmətləri göstərən “S” MMC ilə razılaşır ki, qarşı tərəfə 10 000 manatlıq mal versin, əvəzində “S” MMC onun ofisinin təmirini həyata keçirsin. Bu zaman barter əməliyyatı zamanı təqdim olunan 10 000 manatlıq mal ƏDV-yə cəlb olunan əməliyyatdır.
2021-ci ilin mart ayında satışda olacaq kitablar:
1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat (Satışına start verilib)
2) Vergi Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat
3) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
4) Vergi Məsələləri: Testlər - qiymət 35 (30) manat
5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat
6) Əmək Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat
7) Əmək Münasibətləri: Testlər - qiymət 35 (30) manat
8) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı davam edir)
Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.
Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir. Test nəşrləri üçün CD-diskdə onlayn test yerləşdirilib.
Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]
0 Komment
Şərh yazın