Anar Bayramovun təqdimatında: Kameral vergi yoxlaması zamanı aşkar edilən uyğunsuzluqlar

Anar Bayramovun təqdimatında: Kameral vergi yoxlaması zamanı aşkar edilən uyğunsuzluqlar

Kameral vergi yoxlaması zamanı uyğunsuzluqlar aşkara çıxarıldıqda bir sıra prosedurlara əməl etmək zərurəti yaranır. Mövzunu iqtisadçı Anar Bayramov şərh edir.

Vergi orqanı kameral vergi yoxlaması zamanı bəyannamədə vergi məbləğinin az göstərilməsini aşkar etdikdə vergi ödəyicisinə vergi orqanının müvafiq qərarını göndərməlidir. Vergi orqanı bəyannamədə, hesabatda və ya arayışda uyğunsuzluq (risk) aşkar etdikdə, növbəti iş günündən gec olmayaraq "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktub" hazırlanır və zəruri olan sənədlərin təqdim edilməsini tələb edir. Bu məktubun göndərilməsində məqsəd vergi ödəyicisini təqdim olunmuş bəyannamədə, hesabatda və ya arayışda müəyyən səbəbdən (səbəblərdən) kameral yoxlamanın aparılmasının mümkün olmadığı haqqında məlumatlandırmaqdır.

Misal 1: Vergi ödəyicisi 2020-ci ilin 4-cü rübü üzrə sadələşdirilmiş vergi bəyannaməsi təqdim edərkən 1 saylı əlavəyə (Vergi uçotunun məqsədləri üçün aktivlər, öhdəliklər və kapitallar barədə məlumat) hər hansı məlumat daxil etməyib. Bu zaman vergi orqanı vergi ödəyicisinə "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktub" göndərərək həmin rüb üzrə sadələşdirilmiş vergi bəyannaməsinin göndərilməsini tələb edir. Göründüyü kimi, vergi orqanı tərəfindən göndərilən məktubda kameral vergi yoxlaması nəticəsində əlavə verginin hesablanması həyata keçirilmir.

Misal 2: Kiçik sahibkarlıq subyektinə aid edilən hüquqi və ya fiziki şəxs vergi ödəyicisi hesablama metodu ilə təqdim etdiyi 2020-ci il mənfəət (gəlir) vergisi bəyannaməsində malların təqdim edilməsindən və ya işin (xidmətin) göstərilməsindən 80.000 manat gəlir əldə etdiyini göstərib. Vergi ödəyicisinin gəlirdən çıxılan xərcləri 50.000 manat olduğu üçün vergi ödəyicisi 6.000 manat məbləğində mənfəət (gəlir) bəyan edib:

80.000 – 50.000 = 30.000 manat
30.000 x 20% = 6.000 manat.

Vergi orqanı kameral yoxlama zamanı müəyyən edib ki, vergi ödəyicisinin 2020-ci ildə təqdim etdiyi elektron qaimə-fakturanın ümumi məbləği 92.000 manat olub. Bu halda, vergi ödəyicisinə 8.400 manat mənfəət vergisi hesablanır.

(92.000 – 50.000) x 20% = 8.400 manat

İkinci misalda göstərilən halda vergi orqanı vergi ödəyicisinə "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktub" sənədini yox, Vergi Məcəlləsinin 37.4-cü maddəsində qeyd edilən "Vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə qərar" sənədini göndərir. Sənəddə vergi orqanı bəyannamə və kameral vergi yoxlaması zamanı hesablanan vergi haqqında məlumat verir. Həmçinin, bəyannamədə göstərilən məbləğə düzəliş edilməsinin səbəbi və müvafiq təsdiqedici sənədlər barədə məlumat qeyd olunur.

Vergi ödəyicisi kameral vergi yoxlaması zamanı yaranan əlavə vergi hesablanması ilə bağlı hər hansı münasibət bildirmədikdə, vergi orqanı vergi borcunun ödənilməsi üçün sərəncam göndərir və ya vergi ödəyicisinin müvafiq borc üzrə artıq ödəməsi varsa, onu azaldır.

Kameral vergi yoxlaması zamanı hesablanan əlavə vergiyə görə Vergi Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə uyğun olaraq 50 faizlik maliyyə sanksiyası tətbiq edilmir.

Mənbə: Vergiler.az

 

2021-ci ilin mart ayında satışda olacaq kitablar:

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat

3) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

4) Vergi Məsələləri: Testlər - qiymət 35 (30) manat

5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat

6) Əmək Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat

7) Əmək Münasibətləri: Testlər - qiymət 35 (30) manat

8) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı davam edir)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir. Test nəşrləri üçün CD-diskdə onlayn test yerləşdirilib.

 

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər